İcra başçısı qidadan zəhərlənən tələbələri xəstəxanada ziyarət edib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov yaşadıqları evdə qidadan zəhərlənən Bakı Dövlət Universitetinin
Qazax filialının tələbələrini müalicə aldıqları xəstəxanada ziyarət edib. Qazax Rayon Mərkəzi Xəstəxanasına
gələn icra başçısı tələbələrin səhhəti ilə maraqlanıb, hazırki vəziyyətlərini
öyrənib. Növbətçi həkim Yeganə Əliyeva tələbələrə
lazım olan bütün tibbi yardımın göstərildiyini, bu gün vəziyyətlərinin qənaətbəxş
olduğunu bildirib. Tələbələrlə səmimi söhbət edən
rayon rəhbəri hər cür qayğı ilə əhatə olunduqlarını, nə kömək lazım olsa etməyə
hazır olduğunu qeyd edib. Tələbələrin valideynləri də öz
növbələrində övladlarına göstərilən münasibətə, diqqət və qayğıya görə razılıqlarını
bildirərək, ailələri adından minnətdarlıq ediblər. Xəstəxanaya daxil olduqları
ilk andan hər cür dəstəyin şahidi olduqlarını vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş