Keyfiyyətli tədrisə xüsusi önəm verilir
Respublika mətbuatı Qazax haqqında Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2021-2022-ci tədris ilinin başlanması
münasibətilə İslam Nəsibov adına Aşağı Əskipara və İsmayıl Şıxlı adına Kosalar
kənd tam orta məktəblərində olub, müəllim-şagird kollektivinə səmimi
təbriklərini çatdırıb. Bu il məktəbə ilk
qədəmlərini atan birinciləri təbrik edən rayon rəhbəri ən xoş arzularını
bildirib, gələcəkdə məzun olub təhsil aldıqları məktəbin adını uca tutmalarını
arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə
göstərilən yüksək dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısının
göstərişinə əsasən hər il respublikamızın bütün bölgələrində yeni məktəb
binalarının tikildiyini, müəllim və şagirdlərin təlim-tədris şəraitinin daha da
yaxşılaşdırıldığını bildirib. İcra başçısı qeyd edib ki, ötən il Heydər Əliyev
Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim
və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın
Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni
binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və
təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında
imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin Qazaxda təhsil sahəsinə
olan yüksək diqqət və qayğısıdır. Dövlət Proqramında tikintisi nəzərdə tutulan
məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir
ki, bu məktəb üçün də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin
məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Məktəbdə son
tamamlanma işləri aparılır. Rayon rəhbəri əyani tədrisin davam
etməsi üçün pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə,
hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena
qaydalarına ciddi şəkildə əməl edilməsinə diqqətin artırılmasının vacibliyini
bildirib. Aşağı Əskipara kənd tam orta məktəbin
direktoru Yaşar Əliyev təhsil sahəsinə olan dövlət qayğısından söz açaraq onlara
göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd
edib. Kosalar kənd tam orta məktəbin
direktoru Samir Hüseynov da təhsil sahəsinə göstərdiyi diqqətə görə icra başçısına rəhbərlik etdiyi
kollektiv adından dərin minnətdarlığını çatdırıb. Bu tədris ilində 643 nəfər
şagirdin təhsil aldığını, onların təlim-tərbiyəsi ilə 59 nəfər pedaqoji heyətin
məşğul olduğunu qeyd edib. Məktəblilərlə səmimi söhbət edən
icra başçısı onların vətənpərvərlik mövzularında söylədikləri şeirlərini də
dinləyib. Kosalar kənd tam orta məktəbin 4c sinif şagirdi Fatimə Məmmədli
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi şair Barat Vüsalın yazdığı "Şuşanı alan oğullar!” şeirini
söyləyib və öz məharətli ifası ilə hamıda xoş ovqat yaradıb. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını
çatdırıb və onlarla xatirə şəkli çəkdirib. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 26
sentyabr 2021-ci il
Facebook-da paylaş