• Təqvim

  • Unutma

  • Maraq



Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstagram hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!”.




Facebook-da paylaş