Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi
"Instagram” səhifəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım
edib. Paylaşımda
deyilir: "Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı
səmimi qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi
saflıq, gözəllik və ülvilik rəmzi olan "qadın” sözünün ucalığını ləyaqətlə
qoruyursunuz. Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara
ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş
mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm. Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti
arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!".
Facebook-da paylaş