Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir:
"Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”
Facebook-da paylaş