• Təqvim

  • Maraq



İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə tanış olub


Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkəmizdə dövlət qayğısı sayəsində həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafına güclü təkan verir, bu sahənin dinamik inkişafı üçün zəmin yaradır. İqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatının inkişaf etdirilməsi isə təsadüfi deyil. Çünki dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Ən əsası da ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahədir ki, iş yerləri ilə təminatda da böyük pay sahibidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxtda, istərsə də respublikanın bölgələrində əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi, ölkəmizdə inşa edilən su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri məhz bu məqsədə xidmət edir.

Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar və tövsiyələr, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur.

Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir. Hər il olduğu kimi, 2020-ci ildə də "Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Beləliklə, ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin əməkdaşı Abid Nağıyev, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyəti şəxslərlə birlikdə ötən il qazılan yeni subartezian quyularının mövcud vəziyyəti ilə tanış olub. Bununla əlaqədar rayonun Qaymaqlı, Daş Salahlı, Ağköynək, Qarapapaq və Cəfərli kəndlərində subartezian quyularına yerində baxış keçirib.

Subartezian quyularının mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Əkin sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin vacibliyini vurğulayan rayon rəhbəri bu sahəyə diqqətin artırılmasını qeyd edib. Xüsusən də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini qeyd edib.

Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində göstərilən dövlət dəstəyinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bu sahədə görülən işləri dövlətin və ölkə rəhbərinin kənd təsərrüfatı ilə məşğul olan insanlara göstərdiyi qayğının əyani təzahürü kimi qeyd ediblər. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən sadə kənd adamlarına göstərdiyi diqqət və qayğını razılıq hissi ilə qarşılayıblar.

 Ötən il Qaymaqlı kəndində qazılmış yeni subartezian quyusu





 Ötən il Daş Salahlı kəndində qazılmış yeni subartezian quyusu




 Ötən il Ağköynək kəndində qazılmış yeni subartezian quyusu



 Ötən il Qarapapaq kəndində qazılmış yeni subartezian quyusu




 Ötən il Cəfərli kəndində qazılmış yeni subartezian quyusu





GOYEZEN.AZ



Facebook-da paylaş