Qazaxda rayon üzrə fəaliyyət göstərən subartezian quyularının mövcud vəziyyəti müzakirə olunub
Aprelin 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin,
bələdiyyə sədrlərinin, kəndlərdə yaradılmış işçi qrupunun üzvlərinin, Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin
rəisi Elxan Əsgərovun, 8 saylı Tovuz Regional
SuKanal İdarəsinin rəisi Darvin Hüseynovun, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovun və aidiyyəti şəxslərin iştirakı ilə pandemiya
qaydalarına uyğun olaraq rayon üzrə fəaliyyət göstərən və
ötən il qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti müzakirə olunub.
Məlumat üçün
onu qeyd edək ki, təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları
ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə
verilib. Eyni zamanda 2020-ci ildə "Əkin
sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün
subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər
haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il
tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli,
Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq,
Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin
hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Ümumiyyətlə,
ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı
müvafiq Sərəncamlarla bu gün rayon ərazisində 191 ədəd
suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin
suvarılmasında böyük əhəmiyyət daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bildirib ki, görülmüş bütün işlərdə əsas məqsəd vətəndaşların
rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə
çəkməkdir. Qeyd edib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə
yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin
nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən
məsələlər öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət
göstərməlidir ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər
bir işləri ilə artırsınlar.
İcra
başçısı bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti nəzərə
alaraq sakinləri narahat edən hər bir məsələyə daha operativ şəkildə
baxılmasını, əldə olan imkanlardan maksimum dərəcədə səmərəli istifadə edilməsini
qeyd edib. Yaranmış vəziyyətlə bağlı sudan qənaətlə istifadə olunmasını və
bunun üçün növbəlilik qrafikinə də ciddi əməl edilməsini, heç bir vətəndaşın
hüquqlarının pozulmamasını bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların
səmərəli şəkildə istifadə etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd
edib.
Rayon
rəhbəri su ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün rayon üzrə fəaliyyət
göstərən subartezian quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü
işlərin görüldüyünü də diqqətə çatdırıb. Vətəndaşlar tərəfindən subartezian
quyuları bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti təşkilatlar
tərəfindən yerində baxış keçirilməsini və həlli mümkün olan nə varsa edilməsini
vurğulayıb. Bundan əlavə, təmirə ehtiyacı olan subartezian quyularında görülən
işlərə, verilən tapşırıqlara ciddi əməl olunmasını, daim nəzarətdə
saxlanılmasını söyləyib. Bunun üçün mütəmadi olaraq kəndlərdə
mövcud olan subartezian quyularına yerində baxış keçirilməsini, nasaz vəziyyətdə
olan matorların qeydə alınmasını və dərhal təmir işlərinə başlanılmasını
bildirib və bununla bağlı adiyyəti şəxslərə ciddi tapşırıqlar verib.
GOYEZEN.AZ
Facebook-da paylaş