Şəhidlərimizin və qazilərimizin ailələrinə qayğı göstərmək hər birimizin borcudur
Bu gün Azərbaycanın elə bir bölgəsi,
elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq,
uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Düşmənlə
168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala
Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi
7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Respublika Prezidenti cənab İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğı bu gün hər
birimiz üçün örnəkdir. Dövlətimizin, ölkə başçısının şəhidlərimizə,
qazilərimizə olan qayğısı hər bir dövlət məmurunun ən ümdə işi və vəzifəsidir. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər
zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə
yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən
əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay
Balayevi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovu qəbul etməsi,
onları dinləməsi, hər iki filialın üzvü olan şəhidlərimizin və qazilərimizin
qayğıları ilə maraqlanması bu təbəqədən olan insanlara göstərilən növbəti
dövlət qayğısıdır. Rayon rəhbəri ölkə başçısının şəhidlərimizin və
qazilərimizin ailələrinə olan qayğısını əldə rəhbər tutaraq rayonda bundan
sonra da onlara göstərilən qayğının olduğu kimi davam etdiriləcəyini bildirib. İcra
başçısı şəhidlərimizin, o cümlədən Qarabağ müharibəsi əlillərinin hər birinin
evlərində olmaları, onları narahat edən qayğıları dinləmələri və bu barədə mütəmadi
olaraq aidiyyəti üzrə məlumat vermələrini tövsiyə edib. İstər şəhidlərimizin,
istərsə də qazilərimizin ailələrinə qayğı göstərməyin hər birimizn borcu
olduğunu bir daha diqqətə çatdırıb. Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin
Qazax rayon filialının sədri Xasay Balayev və Azərbaycan Respublikası Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər
Məmmədov şəhidlərimizə və qazilərimizə göstərilən dövlət qayğısına görə başda
ölkə başçısı olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Verilən hər bir tapşırığın, tövsiyənin kökündə şəhidlərimizin və qazilərimizin
ailələrinə olan dövlət qayğısının dayandığını qeyd ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş