Qazaxda maskayla bağlı 9 nəfərin işi Polis Şöbəsinə göndərildi
Nazirlər Kabinetinin 451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və sair) istifadənin məcburi olduğu halda, 28 və 30 noyabr 2020-ci il tarixlərdə Qazax Rayon Polis şöbəsindən Rayon Prokurorluğuna daxil olmuş materiallardan ümumilikdə 9 nəfər şəxs tərəfindən bu tələbin pozulduğu müəyyən edilib.
Qazax Rayon Prokurorluğundan GOYEZEN.AZ-a verilən məlumata görə, Qazax Rayon Prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasına dair müvafiq qərarlar qəbul edilməklə, toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə Rayon Polis Şöbəsinə göndərilib.
Facebook-da paylaş