• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir


Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət yaradılmış mobil qrupun üzvləri tərəfindən xüsusi karantin rejimi dövründə vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsi məqsədilə növbəti maarifləndirmə tədbiri həyata keçirilib.

Vətəndaşların kütləvilik təşkil etdiyi ərazilərdə sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə söhbət aparılıb. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaları, digər şəxslərlə minimum kontaktda olmaları, hərəkət və ünsiyyət zamanı sosial məsəfənin qorunması tövsiyə edilib.

Həmçinin "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən imzalanmış xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarın tələblərinə ciddi şəkildə əməl etmələri, tibbi maska, parça maska, respirator, tibbi spirt və s. istifadə olunması bildirilib.  

Mərkəzi bazar





"Fəxri qazaxlılar" parkı




"Azərpoçt” MMC-nin Qazax Poçt filialının qarşısı

 Kapital Bank ASC Qazax filialının qarşısı





 Şəhər ərazisi





 

GOYEZEN.AZ



Facebook-da paylaş