Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və
qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir
olan qüdrətli Orduya sahibdir. Böyük tarixi Qələbəmizlə yekunlaşan 44
günlük Vətən müharibəsi bunu bir daha dünyaya nümayiş etdirdi. Bu fikir Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 26 fərdi yaşayış evinin (o
cümlədən Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5) şəhid ailələrinə
və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb. Qazax rayonunda sahiblərinə təqdim edilən 13 mənzilin 6-sı şəhid ailəsinə, 7-si isə Qarabağ müharibəsi əlillərinə verilib. Mənzillərdən 8-i 3 otaqlı, 5 isə 2 otaqlıdır. Qazax rayonunda evlərin təqdim
edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə
Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov,
Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova iştirak ediblər. Yeni fərdi evlərlə təmin olunan
şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm
Qələbə sevincini yaşadan Prezident, Müzəffər Ali Baş Komandanımız İlham
Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Azərbaycan
hərbçilərinin rəşadəti və eyni zamanda dəmir yumruğa çevilən sarsılmaz
birliyimizlə sonsuz qürur hissi keçirdiklərini qeyd ediblər. Onlar cənab Prezidentin uğurlu
sosial siyasətindən, şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısından
razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət
başçımıza minnətdarlıqlarını bildiriblər. Tədbirdə qeyd edilib ki, 2020-ci
ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və
fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti
sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək.
Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan
vətəndaşlara verilib. Vurğulanıb ki, haqq savaşımızda
yaralanmış hərbçilərlə görüşü zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş
insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin,
evlərin verilməsi üçün müvafiq işləri aparacaqdır. sosial.gov.az
Facebook-da paylaş