Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin
və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram”
səhifəsində paylaşım edib. Həmin
paylaşımı təqdim edirik: Zəngilan,
Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan
azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər
bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti,
cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz
dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi
qorusun! Qarabağ Azərbaycandır!
Facebook-da paylaş