Hər yanda üçrəngli Azərbaycan Bayrağının asılması milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmli,
qətiyyətli, uzaqgörən, qalib siyasətçi və əvəzolunmaz dövlət başçısı kimi
xalqın dərin etimad və inamını əməli xidməti ilə doğrultması bu gün hər bir
ölkə vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. İşğalçı Ermənistanın
təxribatına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir.
Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın və strateji əhəmiyyətli
yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı
qüvvəsi və döyüş texnikasının məhv edilməsi Azərbaycanın güclü ordusu olduğunu
bir daha göstərir. Bu günlərdə əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirən
Azərbaycan vətəndaşlarının orduya dəstəyi və həmrəyliyi də cəmiyyətimizdə
pozitiv atmosfer və qürurverici mənzərə yaradır. Rəşadətli Azərbaycan
Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün vətəndaşlarımız
tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Əlində üçrəngli
Azərbaycan Bayrağı tutan azyaşlı körpə də, Ali Baş Komandanın "İrəli!” əmrini
gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də
"Qarabağ Azərbaycandır!” söyləyir. Hər kəs üçrəngli Azərbaycan Bayrağının
Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması
üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun
yanında olmağı, birlik, həmrəylik nümayiş etdirməyi özünün ən ümdə vəzifəsi
bilir.
Xalq
şairi Bəxtiyar Vahabzadənin dillər əzbəri olan "Bayraq” şeirində qeyd edildiyi
kimi: Bayraq mənliyimdir, bayraq kimliyim, Bəli, bu gün bayrağını mənliyi, kimliyi hesab edən hər bir Azərbaycan
əsgəri işğaldan azad edilən torpaqlarımıza üçrəngli Bayrağımızı sancır və
sancmaqda da davam edir. Qələbə müjdəli tarixi günlərin yaşandığı bir vaxtda küçələrdə,
parklarda, evlərin eyvanında, iş yerlərində, hər yanda üçrəngli Azərbaycan Bayrağı
dalğalanır və insanın qəlbini fərəh hissi ilə döyündürür. Hər yerdə bayraqların
asılması isə ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli
həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hər yanda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Şanlı
Azərbaycan Ordusuna dəstək olmaq istəyən hər kəs evindən, iş yerindən, hər
yerdən Azərbaycan Bayrağı asıb. Üçrəngli bayrağımızla kifayətlənməyən sakinlər
dövlətimizin çətin anında bizə dəstək olan qardaş dövlətlərin – Türkiyə və
Pakistan dövlətlərinin bayraqlarını asmağı da unutmayıblar. Milli həmrəyliyi
özündə əks etdirən həmin görüntüləri təqdim edirik.
GOYEZEN.AZ
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Facebook-da paylaş