Qazaxda pandemiyaya qarşı mübarizədə maarifləndirmə tədbirləri davam etdirilir
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində
koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə
kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla
davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət 30
mobil qrup da yaradılıb. Daxilində bir nəfər DİN əməkdaşı
olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi
nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət
yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin
yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin
sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi
fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparırlar. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Rayon Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət
Əliyevlə birlikdə şəhərdə müxtəlif ünvanlarda olaraq vətəndaşlar arasında
növbəti maarifləndirmə işi aparıblar. "Qazax
Avtovağzal” ASC-nin qarşısında, vağzal ərazisində fəaliyyət
göstərən mağazalarda, "Brend Shop” geyim
mağazasında, "Məhəllə” çörək sexində və Qazax Tarix Diyarşünaslıq Muzeyində aparılan
maarifləndirmə tədbirində vətəndaşlarla COVID-19 pandemiyasından qorunmaq vasitələri
barədə maarifləndirici söhbət edilib. Həmçinin şəxsi mühafizə vasitələrindən və
tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik
qaydalara riayət olunmasının zəruri olduğu, karantin rejimini pozanlar barədə
ciddi cəza tədbirləri görüləcəyi bildirilib. Ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə
görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının
dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə
gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən
asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik
nümayiş etdirməsi söylənilib. Dövlət tərəfindən həyata
keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaşın üzərinə
düşən işin öhdəsindən layiqincə gəlməsi, Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin
rejiminin tələblərinə hər kəsin əməl etməli olduğu qeyd olunub. "Brend Shop” geyim mağazası
"Qazax Avtovağzal” ASC-nin qarşısı və vağzal ərazisində fəaliyyət göstərən mağazalar
"Məhəllə” çörək sexi
Qazax Tarix Diyarşünaslıq Muzeyi GOYEZEN.AZ
Facebook-da paylaş