Qazaxda şəhərin su və kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir
Son illər ölkə
Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq "Azərsu” ASC tərəfindən bölgələrdə
əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrası uğurla davam
etdirilir. Xəbər verdiyimiz kimi, Qazax şəhərinin içməli su və kanalizasiya sistemi də
yenidən qurulur. Lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə
təmin edilən küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də
su və kanalizasiya xətlərinin çəkilişi aparılır. Su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan
ilk gündən bu sahəni diqqət mərkəzində saxlayan rayon rəhbərliyi istər
çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir,
görülən işlərin keyfiyyəti ilə daim yerində maraqlanır. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya
sisteminin çəkilişi aparılan Heydər Əliyev prospektində yerləşən
beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq
küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12
və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində, eləcə də Azadlıq, Bakı və yeni bardür düzülən Murtuz Carçıyev küçələrində görülən
işlərin mövcud vəziyyəti ilə tanış olub. "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovun və Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi
layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanovun iştirakı ilə
keçirilən baxış zamanı icra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki
təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Bundan
əlavə, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici
nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin
üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də
elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd
edib. Görülən hər bir işin
keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq
və tövsiyələrini verib. Məlumat üçün qeyd edək ki, layihənin
sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam
İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”
ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində
davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün
bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və
kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata
keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə
tutulub. Azadlıq küçəsi
Facebook-da paylaş