İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə mövcud vəziyyətlə maraqlanıb
Respublika Prezidenti
cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi uğurla həyata keçirilir. Lazımi texnika
və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrdə, eləcə
də çoxmənzilli yaşayış binalarının həyətlərində su və kanalizasiya xətlərinin
çəkilişi paralel olaraq aparılır. Rayon rəhbərliyi su-kanalizasiya sisteminin
çəkilişlərinə start verilən ilk gündən bu sahəni daim diqqət mərkəzində
saxlayır. Rayon rəhbəri istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa
çatan küçələrə baxış keçirərək görülən işlərin keyfiyyəti ilə yerində tanış
olur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya
sisteminin çəkilişi aparılan Azadlıq 92,
Şəhidlər Xiyabanı 12 və 14 ünvanında olub, çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərin
mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə bildirilib ki, Şəhidlər Xiyabanı 12 və
14 ünvanında çəkiliş yekunlaşıb, Azadlıq 92-də isə başa çatmaq üzrədir. Görülən işlərlə tanış olan icra başçısı çəkiliş zamanı
qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata
keçirilməsini bildirib. Qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında
xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni
çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz
borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət
olunmasını qeyd edib. Sonra icra başçısı abadlıq işləri aparılan Əminə Dilbazi küçəsində görülən işlərlə də tanış olub. Rayon rəhbərinə
məlumat verilib ki, hazırda küçədə səkilərdə bardürlərin yenilənməsi və
səliqəyə salınması işləri görülür. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən
icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib. Məlumat üçün qeyd edək ki, layihənin
sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam
İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”
ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində
davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün
bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və
kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə
həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması
nəzərdə tutulub. Azadlıq 92
Şəhidlər Xiyabanı 12
Şəhidlər Xiyabanı 14
Əminə Dilbazi küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş