Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə mövcud vəziyyətlə maraqlanıb

İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə mövcud vəziyyətlə maraqlanıb


17-06-2020, 16:49


Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla həyata keçirilir. Lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrdə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətlərində su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq aparılır.

Rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilişlərinə start verilən ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbəri istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirərək görülən işlərin keyfiyyəti ilə yerində tanış olur.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi aparılan Azadlıq 92, Şəhidlər Xiyabanı 12 14 ünvanında olub, çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, Şəhidlər Xiyabanı 12 və 14 ünvanında çəkiliş yekunlaşıb, Azadlıq 92-də isə başa çatmaq üzrədir.  

Görülən işlərlə tanış olan icra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib.

Sonra icra başçısı abadlıq işləri aparılan Əminə Dilbazi küçəsində görülən işlərlə də tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hazırda küçədə səkilərdə bardürlərin yenilənməsi və səliqəyə salınması işləri görülür.

Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini də verib.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Azadlıq 92



 Şəhidlər Xiyabanı 12


Şəhidlər Xiyabanı 14


Əminə Dilbazi küçəsi





GOYEZEN.AZ


Geri qayıt