İcra başçısı bir neçə kənddə vətəndaşların müraciətinə yerində baxıb
Ölkə Prezidenti cənab İlham Əliyevin istər icra
hakimiyyəti başçılarını, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında söylədiyi fikirlər,
onlara daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri,
vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri,
düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr
bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili hər zaman dövlət siyasətinin
əsasını təşkil edir. Həyata keçirilən bütün işlər vətəndaş mövqeyinə əsaslanır.
Atılan hər bir addımda vətəndaş hiss edir ki, dövlət həmişə onların yanındadır. Hər kəsə yaxşı məlumdur ki, ölkə rəhbərinin
vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla
icra olunur. Vətəndaş amili Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ilk
gündən iş fəaliyyətinin əsasını təşkil edir. Rayonda vətəndaş-məmur münasibəti dövlətə,
ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulub. Bunu icra
başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və
qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı
səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı
ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi əyani şəkildə
sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir qazaxlı
İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba həssaslıqla
yanaşılacağına inanır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Suvarma Sistemləri İdarəsinin rəisi
Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə bir neçə kənddə vətəndaşların müraciətinə yerində baxıb.Yuxarı Salahlı, Ürkməzli (Yaqublu deyilən ərazidə),
Dəmirçilər və Bala Çaylı kəndlərində
olan icra başçısı vətəndaşların əkin sahələrinin suvarılması ilə bağlı
müraciətlərini diqqətlə dinləyib. Rayon rəhbəri vurğulayıb ki, ölkə Prezidentinin bir
istəyi var ki, hər bir dövlət məmuru üzərinə düşən işi, icra etdiyi vəzifəni
layiqincə yerinə yetirsin və ən əsası da xalqa xidmət göstərsin. Gördükləri
bütün işlərin təməlində, kökündə xalqa xidmətin, vətəndaş-məmur münasibətlərinin,
vətəndaşların məmnunluğunun dayandığını hər bir işdə dərk etsinlər. "Ötən il quraqlıq olub, bu il
də quraqlıqdır. Ona görə də mövcud olan sudan böyük qənaətlə istifadə olunmalıdır”,
- deyən icra başçısı əkin sahələrinin suvarılması üçün bütün imkanlardan
maksimum dərəcədə istifadə olunmasını, vətəndaşların su ilə təmin edilməsini
bildirib və aidiyyatı üzrə tapşırıqlarını verib. İcra başçısı hazırda
əkin sahələrinin suvarılmasında işlərin qızğın çağının olmasını nəzərə alaraq
su itkisinə yol verilməməsinin vacibliyini də vurğulayıb. Xüsusilə də əkin sahələrini
suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini,
istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması
istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib. Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin,
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Sudan İstifadə Birliklərinin, RİH
başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin
əməkdaşlarından ibarət xüsusi Qərargahın yaradıldığını, suvarma suyundan səmərəli
istifadə etmək, suvarılmanın su itkisinə yol verilmədən aparılmasını yoxlamaq məqsədilə
reydlərin keçirildiyini, növbəlilik prinsipinə ciddi şəkildə daim nəzarət
edildiyini diqqətə çatdırıb. İcra başçısı mayın 3-dən
başlayaraq Qərargah üzvləri tərəfindən müxtəlif tarixlərdə Aşağı
Salahlı, Orta Salahlı, Qazaxbəyli, Hüseynbəyli,
Canalı, Kosalar, Daş Salahlı, Yuxarı
Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Xanlıqlar,
Ağköynək kəndləri ərazisində suvarma aparılan sahələrdə reydlər
keçirildiyini, yoxlama zamanı Xanlıqlar kənd
sakini Eldar Adıgözəlovun yerində olmadığının aşkar edildiyini və
akt tərtib olunaraq suyun dayandırıldığını qeyd edib. Rayon rəhbəri bu cür
yoxlamaların bundan sonra da davam etdiriləcəyini söyləyib. Suya daha böyük
ehtiyac olduğu bir vaxtda vətəndaşların əkin sahələrinin suvarılması zamanı
sudan səmərəli istifadə edilməsinə məsuliyyətlə yanaşmalarını bildirib. Ürkməzli kənd sakinlərindən
Bəturə Osmanova, Sədaqət Osmanova, Könül Pənahova və başqaları onlara
göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələnin
həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
Yuxarı Salahlı kəndi Ürkməzli kəndi Dəmirçilər kəndi Bala Çaylı kəndi GOYEZEN.AZ
Facebook-da paylaş