Qazaxda icra başçısı hemodializ müalicəsi alan xəstələri də unutmadı
Birinci Şıxlı kəndi Artıq xeyli vaxtdır ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar
ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda "Biz
birlikdə güclüyük!” devizi altında xeyriyyə kampaniyasına start verilib. Respublika Prezidenti cənab İlham
Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata
keçirilən tədbirlərə dəstək məqsədi daşıyan aksiyanın müxtəlif təbəqədən olan
insanları əhatə etməsi isə təqdirəlayiq haldır. Dövlət qayğısı sayəsində rayonda
daim atəş altında olan sərhəd kəndlərində yaşayan sakinlərə, Qarabağ müharibəsi əlillərinə, Çernobl əlillərinə, hərbi
xidmət əlillərinə, aztəminatlı və çoxuşaqlı ailələrə köməklik olunması Qazaxda
vətəndaş amilinin hər zaman ön plana çəkilməsi deməkdir. Bu insanlarla yanaşı, hazırda rayon üzrə Qazax
Müalicə Diaqnostika Mərkəzində hemodializ müalicəsi alan xəstələr də diqqətdən kənarda qalmayıb. 32 nəfər xəstəyə gündəlik
tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatların çatdırılması,
köməklik göstərilməsi dövlət başçısının, rayon rəhbərliyinin ölkə vətəndaşına
olan qayğısının daha bir əyani göstəricisi olub. Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun
Rüstəmov və həmin şöbədə baş məsləhətçi Sərdar Orucov tərəfindən şəhərdə, eləcə də rayonun Orta
Salahlı, Ürkməzli, Daş Salahlı, Qazaxbəyli, Çaylı, Kosalar, Kəmərli, Xanlıqlar,
Dəmirçilər, Birinci Şıxlı, Cəfərli, Aslanbəyli kəndlərində yaşayan
həmin dializ xəstələrinə gündəlik ərzaq məhsullarından
ibarət sovqatlar paylanılıb. Özündə birliyi, həmrəyliyi,
dövlət qayğısını əks etdirən xeyriyyə aksiyasını razılıq hissi ilə qarşılayan
sakinlər bu nəcib təşəbbüsü yüksək qiymətləndiriblər. Onlara göstərilən dövlət qayğısına
görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının "Biz birlikdə
güclüyük!” çağırışına dəstək olaraq bu çətin günlərdə onların yanında olub,
qayğılarına qaldıqlarına görə rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə
ediblər. Qeyd ediblər ki, bu gün rayonda bütün təbəqədən olan insanlara, o cümlədən
də bizim kimi müalicə alan dializ xəstələrinə göstərilən qayğı, olunan köməklik
bir daha onu göstərdi ki, doğurdan da dövlət hər bir vətəndaşının yandındadır. Şəhər sakinləri Aslanbəyli kəndi Çaylı kəndi Daş Salahlı kəndi Kosalar kəndi Orta Salahlı kəndi Qazaxbəyli kəndi Cəfərli kəndi Xanlıqlar kəndi GOYEZEN.AZ
Facebook-da paylaş