• Təqvim

  • Maraq



Qazaxın daim atəş altında olan Məzəm və Quşçu Ayrım kəndlərində yaşayan sakinlərə növbəti dəfə köməklik olunub


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, aztəminatlı ailələrə dəstək olmaq məqsədilə "Biz birlikdə güclüyük!” devizi altında xeyriyyə kampaniyası həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyəti "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən reallaşan bu aksiya şəhərlə yanaşı, bütün kəndləri, o cümlədən də sərhəd kəndlərini tam əhatə edir. Ölkə başçısı cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə başlanılan aksiyanın məhz rayonda yaşayan bütün təbəqədən olan insanları əhatə etməsi rayon ictimaiyyəti tərəfindən də razılıqla qarşılanır.

Özündə dövlət qayğısını əks etdirən bu aksiya çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun daim atəş altında olan, sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan 516 ailəyə elə bundan əvvəl də köməklik göstərilməsi həmin kəndlərdə yaşayan insanların qayğı ilə əhatə olunmasının bariz təcəssümüdür.

Qazax Rayon İcra Hakimiyyəti "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən başlanılan aksiya çərçivəsində Quşçu Ayrım Məzəm kəndlərinin daim atəş altında olması nəzərə alınaraq həmin kəndlərdə yaşayan sakinlərə növbəti dəfə köməklik olunub. Belə ki, Quşçu Ayrım və Məzəm kəndlərində 207 ailəyə un məhsulundan ibarət sovqatın verilməsi dövlət qayğısını bir daha əks etdirib. 

Sərhəddə yaşayan sakinlər də dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarları, göstərdiyi diqqət və qayğını böyük rəğbətlə qarşılayır, ölkə rəhbərinin xalqına qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Sərhəddə yaşayan insanlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. "Ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışı bu gün hər birimiz üçün örnəkdir”, - deyən sakinlər nümunə olan bu aksiyanın Qazaxda layiqincə həyata keçirildiyini dilə gətirirlər. Düşmənlə sərhəddə yaşayan sakinlərə göstərilən qayğını da bunun əyani sübutu kimi qeyd edirlər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş