• Təqvim

  • Maraq



QAZAX: “Saloğlu” imkansızların yanındadır

Respublika mətbuatı Qazax haqqında


İyirmi ildən artıqdır, Qazax rayonunda fəaliyyət göstərən "Saloğlu” mebel fabriki bu gün nəinki respub­likamızda, hətta, ölkə hüdudlarından kənarda da tanınır. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. "Saloğlu” "Made in Azerbaijan” brendini də layiqincə təqdim edir. İstehsala başladığı ilk gündən hər zaman keyfiyyətə üstünlük verən fabrik hər cür mebel dəstlərinin topdan və pərakəndə satış bazarın­da liderliyini qoruyur.

Ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan "Saloğlu” bu günlərdə, sözün əsl mənasında, birlik, həmrəylik nümayiş etdirir.

Kollektiv Qazaxda məcburi köçkün ailələrinə, eləcə də qayğıya ehtiyacı olan aztəminatlı ailələrə yenə dəstək olub.

Rayondakı "Gənc könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyasında 200 ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirən sakinlər xeyriyyə kampaniyasını yüksək qiymətləndiriblər. Onlar "Saloğlu” mebel fabrikinin direktoru Tacəddin Mustafayevə də təşəkkürlərini çatdırıblar.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

19 aprel 2020-ci il




Facebook-da paylaş