Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Dövlət başçısı İlham Əliyevin ölkəmizdə vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman ön planda tutulur. Bunu rayonda bütün sahələrdə vətəndaş amilinin üstün tutulmasından da aydın şəkildə görmək olur. Son 4 ildir ki, rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, həssaslıqla yanaşılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da məhz bu amala xidmət edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Aşağı Əskipara kənd sakini Məhərrəmova Şölə Haqverdi qızının oğlunun işlə təmin olunması barədə müraciətinə cavab olaraq "Saloğlu” fərdi mebel firmasında, şəhər sakini Əliyeva Nahidə Hüseyn qızının eyni adlı müraciətinə isə rayonda fəaliyyət göstərən "Avey” restoranında müvafiq iş yerləri təklif olunub.
Şəhər sakinləri Əliyeva Adilə Bayraməli qızının, Əhmədova Kamilə Şaiq qızının, Daş Salahlı kənd sakini Məmmədova Nahidə Ələddin qızının, Cəfərli kənd sakini Məmmədov Rişad Əli oğlunun, Barxudarlı kənd sakini Abdullayeva Əminə Kamran qızının, Aşağı Salahlı kənd sakini Balayeva Asimə Hüseyn qızının, Xanlıqlar kənd sakini İsmayılova Həbibə Nəriman qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş