Sərhəd kəndi Fərəhlidə hesabat yığıncağı keçirilib
Bu gün rayonun düşmənlə sərhəddə yerləşən Fərəhli kəndində də hesabat yığıncağı
keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Fərəhli kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə
dair hesabatında 2019-cu ilin ölkəmiz, eləcə də rayonumuz üçün uğurlu bir il
olmasından söz açılıb, qazanılan nailiyyətlərdən danışılıb. K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon
İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova və kənd sakinləri
iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra
gündəlikdə duran məsələlər səsləndirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Gulaya Həsənova hesabat yığıncağında giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin
salamlarını çatdırıb. Yola saldığımız 2019-cu ilin ölkəmiz və xalqımız üçün
uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha böyük nailiyyətlər qazanmalarını
arzu edib. Müavin bu gün Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın
gündən-günə inkişaf etdiyini, Ümummilli Liderin dövlət siyasətinin ölkə başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu
gün respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun inkişafına da ölkə
prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Qeyd
edib ki, son 3 ildə isə rayon rəhbərliyinin qayğısı sayəsində dinamik inkişaf
yolunda olan Qazaxın siması tamamilə dəyişib, rayon respublikanın abad, gözəl
bölgələrindən birinə çevrilib. Qeyd edib ki, Fərəhli kənd İƏD-si üzrə nümayəndəlik
iki kəndi, Fərəhli və Qızılhacılı kəndlərini
əhatə edir. Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi,
1 diyarşunaslıq kulubu, 1 kitabxana və poçt fəaliyyət göstərir. Nümayəndəliyin ərazisi
dövlət mülkiyyətli 109 hektar, bələdiyyə mülkiyyətli 1600 hektar, xüsusi
mülkiyyətli 645 hektar olmaqla, ümumi ərazisi 2354 hektardır. Bundan 2075
hektarı kənd təsərrüfatına yararlı
torpaq sahəsidir. 01.01.2020-ci il tarixə Fərəhli kəndi üzrə 921 nəfər, 235 təsərrüfat,
Qızılhacılı kəndi üzrə isə 315 nəfər, 83 təsərrüfat olmaqla, iki kəndin birlikdə
1236 nəfər əhalisi, 318 təsərrüfatı olmuşdur. Qızılhacılı kəndinin əhalisi 11
may 1992-ci il tarixdən məcburi köçkün kimi qeydə alınıb. Bunlardan məcburi
köçkün kimi qeydə alınmış 164 nəfər Qızılhacılı kənd sakini Qazax şəhərində və
rayonun kəndlərində məskunlaşıblar. Hazırda nümayəndəlik üzrə Azərbaycan Milli
Ordu sıralarında 3 zabit, 3 gizir və 37 nəfər müddətdən artıq hərbiçi xidmət edir. 2020-ci ildə görüləcək işlər haqqında iş planı tərtib
edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş, görülücək
işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. Fərəhli kənd ümumi orta məktəbi şəhid Kamran Kərimovun
adını daşıyır. Nümayəndəlik kənddə yerləşən məktəblə daim əlaqə
saxlayır, əmək intizamının, dərsə davamiyyətin təmin edilməsində və zəruri
ehtiyaclarının ödənilməsində məktəb rəhbərliyinə yaxından köməklik göstərir.2019-2020-ci tədris ilində məktəbdə 63 şagird təhsil alır. 20 nəfər pedaqoji
heyət təlim-tərbiyə işləri ilə məşğul olur. 9 nəfər texniki heyət fəaliyyət
göstərir. Məktəbdə yeni bina kombi sistemi ilə, köhnə binalar isə odun yanacağı
ilə qızdırılır. Hazırda məktəbdə istilik normal vəziyyətdədir. Əhalinin
sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Fərəhli kənd feldşer-mama məntəqəsinin
kollektivi daşıyır. Kollektivdə 3 nəfər işçi işləyir. Xəstələrin qeydiyyatı,
uşaqlarda müxtəlif peyvəndlərin aparılması və ilkin tibbi yardım günün tələblərinə cavab verir. Kitabxana binasında səliqə-sahman
işləri aparılmış, kitabxana yeni kitablarla təmin edilmişdir. Fərəhli kəndində fəaliyyət göstərən Poçt şöbəsi
əhalidən kommunal xərclərin pullarını qəbul edir. Müxtəlif pul baratları, məktubları
qəbul edib yola salır. Şöbədə nizam-intizam və xidmət səviyyəsi qənaətbəxşdir. Nümayəndəliyin ərazisində rayon Baytarlıq İdarəsinin
bir nəfər işçisi çalışır. Kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin
qarşısını almaq üçün baytar həkim həmişə əhali arasında olur, vaxtında profilaktik tədbirlər aparır və peyvəndlər
edir. Hesabat dövründə nümayəndəliyə
qeydiyyata daxil olan 5 nəfər, qeydiyyatdan çıxan 8 nəfər olmuşdur. 8 nəfərin
ölümü qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat
dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil
olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. 2019-cu ildə icra nümayəndəliyinə təşkilatlardan 16
məktub daxil olmuş, təşkilatlara nümayəndəlik
tərəfindən 23 məktub göndərilmişdir. Vətəndaşlara 501 ədəd müxtəlif məzmunlu (yaşayış, ailə tərkibi və s.)
arayışlar verilmiş, 1 ədəd rəsmi müraciət daxil olmuş, müraciətlərin hamısı müsbət həll edilmişdir. 37 şifahi müraciətə
baxılıb nəticələri barədə həmin vətəndaşlara
məlumar verilmişdir. Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Fərəhli kəndində
sakinlərlə 2 dəfə səyyar görüş keçirmiş, qaldırılmış problemlərlə bağlı
aidiyyatı üzrə tapşırıqlarını vermişdir.
Rayon rəhbərliyi tərəfindən Fərəhli və Qızılhacılı kəndlərindən olan şəhid ailələrinə
bayram günlərində sovqatlar paylanılmışdır. Fərəhli və Qızılhacılı kənd əhalisinin
əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ildə kənd əhalisi
tərəfindən 350 hektar buğda, 100 hektar arpa olmaqla, 450 hektarda payızlıq
taxıl, 8 hektarda yonca, 10 hektarda qarğıdalı, 8 hektarda tərəvəz, 80 hektarda
kartof, 4 hektarda tütün əkilib becərilmişdir. Fərəhli və Qızılhacılı kəndlərində
ümumilikdə 2020-ci ilin məhsulu üçün 460 hektar yer şumlanmış, 350 hektar
buğda, 110 hektar arpa səpini aparılmışdır. Sahələrin əkilib becərilməsi üçün
Respublika Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına
uyğun olaraq kənd təsərrüfatı məhsullarının 158 nəfər istehsalçısına 23868,90
pul vəsaiti ödənilmişdir. Nümayəndəlik üzrə
01.01.2020-ci il tarixə əhalidə olan 680 baş iribuynuzlu mal-qara, 1580
baş xırdabuynuzlu qoyun–keçi, 1321 baş
ev quşları qeydə alınmış və Statistika İdarəsinə hesabat verilmişdir. Kənd əhalisi içməli suya olan tələbatlarını
bulaqlardan təmin edirlər. Havaların quraqlıq keçməsinə baxmayaraq daim içməli
su xətləri nəzarətdə saxlanılmış, təmirə ehtiyacı olan hissələr təmir
edilmişdir. Kənd qəbiristanlığında, yol kənarlarında və kəndarası yollarda müntəzəm
olaraq iməciliklər keçirilmiş, kəndin təmizliyini saxlamaq üçün əhalini maarifləndirmə məqsədilə kəndin
giriş-çıxışında elan lövhələri vurulmuş, kəndin mərkəzinə 3 ədəd zibil qutusu
quraşdırılmışdır. Hesabat dövründə əhaliyə elektrik enerjisinin verilməsində 5 ədəd
elektrik transformatoru xidmət göstərib. Fərəhli
kəndində 2019-cu ildə elektrik enerjisinin verilməsində heç bir ciddi nöqsan
yaranmamışdır. Güc transformatorlarında hər hansı
nasazlıq baş verdikdə dərhal Rayon Elektrik Şəbəkəsinin köməkliyi ilə aradan
qaldırılmışdır. Kənddə elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə
başlanılmışdır. Qazax Elektirik Şəbəkəsi tərəfindən kəndin ərazisində olan
yararsız dirəklər yenisi ilə əvəz edilmiş, elektrik xətləri SİP kabellə əvəz
edilmişdir. Hazırda işlər davam etdirilir. Şəmkir Regional Qaz İstismar
İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən qaz xətlərində
və qaz paylayıcı qurğularda təmir işləri aparılmışdır. Təbii qaz yanacağının verilməsində heç bir ciddi nöqsan yaranmamışdır. "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı tərəfindən Fərəhli kəndi
ərazisində olan 30 ədəd köhnə rabitə dayaqları dəyişdirilərək yenisi ilə əvəz olunmuş və rabitə xətləri tarımlanaraq səliqəyə salınmışdır. Kənd
sakinlərinin marşrutlarla bağlı təminatı yaxşı təşkil edilmişdir. Kənddə 2 ədəd
kiçik həcmli mikroavtobus əhaliyə xidmət
göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət edilir. Əhalinin rayon mərkəzinə, eləcə də digər yerlərə gedib
gəlmələrini yaxşılaşdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə əlavə
olaraq yeni reys açılmışdır ki, bu da əhalinin rayon mərkəzinə və digər yerlərə gedib-gəlmələrini daha da
asanlaşdırmışdır. Kənd sakinləri 2019-cu ilin bütün sahələrdə nailiyyətlərlə
yola salınmasından danışıblar. Bütün bu uğurların əldə edilməsinə görə
Prezident İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin
minnətdarlıqlarını bildiriblər. Minnətdarlıq dolu ürək sözləini çatdıran sakinlər qeyd
ediblər ki, bu gün biz sevinirik ki, kənddə həlli vacib olan məsələlərdən biri
– kənd yolunun təmir olunması sahəsində də məqsədyönlü işlər görülüb, aidiyyatı
üzrə danışıqlar aparılıb. 2020-ci ildə Qazax–Quşçu
Ayrım magistral yolundan Fərəhli kəndinə olan yolun yenidən qurulması da plana
salınıb. Sakinlər buna görə də ölkə başçısına və rayon rəhbərliyinə bir daha
təşəkkürlərini çatdırıblar.
Müavin ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı
istiqamətində də məqsədyönlü tədbirlər həyata keçiridiyini vurğulayıb. Ölkə
başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar
dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı
Sərəncamların da məhz bu məqsədə xidmət etdiyini söyləyib. Ölkə başçısının yeni avtomobil
yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, Sərəncamlara
uyğun olaraq Qazaxda bu sahədə məqsədyönlü işlərin görüldüyünü qeyd edən müavin
rayonda olan təmirli yollardan söz açıb. Bildirib ki, bu gün rayonda olan
yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərində çəkilən yeni asfalt yolları göstərə bilərik. Qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki,
həmin kəndlərdən biri də Fərəhli kəndidir. Bu kəndin yolunda da işlərin
görülməsi nəzərdə tutulub.
Fərəhli kənd İƏD-si üzrə nümayəndə Nəsimi Vəliyev
hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2019-cu il
ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Respublikamızın hər yerində
olduğu kimi, rayonumuzda da 2019-cu il bir çox hadisələrlə yadda qaldı. Rayonda ən böyük layihələrdən
biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana
Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırıldı. Bundan
əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla
davam etdirilir.
Facebook-da paylaş