Barxudarlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının
Barxudarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə
görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən
yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova,
aparatın Hüquq şöbəsinin müdiri Səba
Paşayeva, Barxudarlı və Sofulu kənd sakinləri iştirak ediblər. Açıq səsvermə
yolu ilə yığıncağa sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər
barədə iştirakçılara məlumat verilib. Barxudarlı kənd İƏD-si üzrə nümayəndə Yasin Hacıyev
hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, icra başçısı Rəcəb Babaşovun
rayonda apardığı tikinti-quruculuq və abadlıq işləri bütün rayon əhalisi kimi
Barxudarlı və Sofulu kənd sakinlərinin də böyük razılığına səbəb olmuşdur. 2019-cu ilin Azərbaycan xalqının yaddaşında bir
sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirən icra nümayəndəsi bu gün ölkəmizin
dünyada ən sürətli inkişaf edən dövlətlərdən biri olduğunu bildirib. Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən başlanılmış iqtisadi islahatların bu gün ölkə
başçısı İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycanın simasının gündən-günə dəyişməsini, yeni iş yerlərinin açılmasını, müasir
avadanlıqlarla təchiz edilmiş istehsal sahələrinin işə salınmasını yüksək qiymətləndirib. İcra nümayəndəsi Azərbaycan Respublikası
"Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yola
saldığımız 2019-cu ildə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin
aparılmasının, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı və digər
sahələrdə əldə olunan nailiyyətlərin məhz həmin uğurlu siyasətin məntiqi nəticəsi
olduğunu bildirib. Rəhbərlik etdiyi nümayəndəlik haqqında məlumat verən
Y.Hacıyev qeyd edib ki, Barxudarlı ərazi nümayəndəliyi 28 may 1990-cı ildən sərbəst
fəaliyyətə başlamışdır. Nümayəndəliyin tərkibində 2 kənd - Barxudarlı və Sofulu
kəndləri birləşmişdir. Barxudarlı nümayəndəliyi 27 aprel 1992-ci ilə kimi
Barxudarlı kəndində fəaliyyət göstərmiş və ondan sonrakı dövrdə isə məlum səbəblərlə
əlaqədar məcburi köçkün kimi Qazax şəhərində fəaliyyətini davam etdirməkdədir.
Nümayəndəliyin əhatəsində hazırda 2 uşaq bağçası, 1 həkim məntəqəsi, 1
feldşer-mama məntəqəsi, 1 klub və 2 kitabxana fəaliyyət göstərir. Barxudarlı kənd nümayəndəliyinin kənd işğal olunan
vaxt 141 təsərrüfatı və 558 kənd sakini var idi. Hazırda təsərrüfatın sayı 163,
əhalinin sayı isə 688 nəfərdir. Hesabat ili ərzində 8 nəfər uşaq dünyaya gəlmiş,
4 nəfər isə dünyasını dəyişmişdir. Nümayəndəliyə 2 nəfər şifahi müraciət etmişdir. Bir nəfəri
yaşadıqları mənzil şəraiti ilə əlaqədar, 1 nəfəri işsizliklə bağlı olmuşdur. Nümayəndəlik tərəfindən
sakinlərin ərizə və şifahi müraciətlərinə yerində baxılmış və qaldırılan məsələlər
həll olunmuşdur. Nümayəndəlik üzrə 105 nəfər təqaüdçü var.
Barxudarlı və Sofulu kəndləri üzrə təsərrüfatların uçota alınması, təsərrüfatbaşına
kitablarda qeydiyyatın aparılması, kargüzarlıq və mühasibat işlərinin
aparılması da nümayəndəlik tərəfindən təmin edilmişdir. Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Sofulu kənd
sakini Mahir Əliyev, Barxudarlı kənd sakinləri Oktay Qəfərov, Qələndər Məhərrəmov
çıxış edərək məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı
İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını
bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, möhtərəm Prezident İlham Əliyevin
yeritdiyi müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımız, eləcə də
Barxudarlı və Sofulu kəndləri tezliklə azad olunacaq və məcburi köçkünlər öz
doğma yurd-yuvalarına dönəcəklər. Müstəqil Azərbaycanın üçrəngli bayrağı
Barxudarlı kəndində nümayəndəliyin binası üzərində dalğalanacaqdır. Hesabat yığıncağında iştirak edən Rayon İcra
Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək iştirakçıları
salamlayıb, yenicə qədəm qoyduğumuz 2020-ci ilin gəlişi ilə əlaqədar səmimi
arzularını çatdırıb. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında dövlət siyasətinin uğurla davam etdirilməsi bir daha onu sübut edir ki,
Azərbaycan regionun ən güclü dövlətlərindən biridir və bütün dünyada tanınır. "Bu gün Qazaxrayonunda elə bir sahə yoxdur ki, orada tərəqqi olmasın”, - deyən müavin
rayon rəhbərliyi tərəfindən 2019-cu ildə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən
də söz açıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla həyata keçirildiyini
bildirib. G.Həsənova Qazax
rayonunun 5 kəndinin daim mənfur düşmən gülləsinin atəşinə məruz
qaldığını, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin hələ də işğal altında
olduğunu qeyd edərək rayonumuzda həmin kəndlərdən olan məcburi köçkün ailələri
üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün həmin kəndlərdən olan
sakinlər məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış 304 ailəlik yeni qəsəbədə
məskunlaşıb. Müavin qeyd edib ki, bu gün əlavə
olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni binaların, əlavə olaraq məktəb
və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə
dövlətin qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaq. GOYEZEN.AZ
Facebook-da paylaş