İcra başçısı dindarlarla görüşüb
Bu gün Qazax Rayon İcra Hakimiyyətində dindarlarla növbəti görüş keçirilib. Dəyirmi masa ətrafında keçirilən
görüşdə icra aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən icma sədrləri
və dini ayinlərin icraçıları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dindarları salamlayıb, artıq ənənə
halını alan görüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, rayonda hər
ay dindarlarla keçirilən görüşün əsas məqsədi rayonda dövlət-din münasibətlərinin
düzgün tənzimlənməsi, dindarlar arasında təriqət və məzhəb ayrı-seçkiliyinin
aradan qaldırılması, tolerant mühitin yaradılması, multikultural dəyərlərin
qorunub saxlanılması və onlara hörmətlə yanaşılmasıdır. İcra başçısı qeyd edib
ki, "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunlarının öyrənilməsi məqsədilə
dindarlar arasında maarifləndirici söhbətlərin təşkili sahəsində aparılan işlərin
vəziyyəti, dinlə bağlı problemləri, nöqsan və çatışmazlıqları öyrənmək, onların
aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsidir. Bu sahədə
görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. Görüşdə Azərbaycanın bütün
dünyada tolerant ölkə kimi tanınmasından, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə
tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən
də söhbət açılıb. Bildirilib ki, məhz dahi şəxsiyyətin bu sahədə gördüyü işlərin
nəticəsidir ki, bu gün Azərbaycan müxətlif milli-mənəvi dəyərlərin qovuşma müstəvisinə
çevrilib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər,
xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və
milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Görüşdə Prezident İlham
Əliyevin dindarlarla keçirdiyi görüşlərdən, Ramazan bayramlarında ənənəvi
olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakından və bu mərasimlərə
Azərbaycanda mövcud olan dini icmaların nümayəndələrinin qatılmasından da
danışılıb. Qeyd olunub ki, bu görüşlər də bir daha sübut edir ki, ölkədə artıq
tolerant düşüncə tam bərqərar olub. Vurğulanıb ki, dünyada sülhün, əmin-amanlığın
təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətlər,
dialoqlar gücləndirilməlidir. Dövlətin gücünü əhalinin tolerant olmasında, müxtəlif
dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən ölkə
Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının
ruhundadır. Səmimi söhbət əsasında keçən
görüşdə icra başçısı dindarları narahat edən məsələlərlə, rayonda din sahəsində olan
mövcud vəziyyətlə də maraqlanıb, onların rəy və təkliflərini dinləyib. Qafqaz Müsəlmanları İdarəsinin
Qərb bölgəsi üzrə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov, dini icma sədrlərindən
Sahilə Orucova, Asif Seyidov, İslam Əliyev, dini ayinlərin icraçılarından Zaur Rzayev, Həmzə
Qaraxanov, Osman Yaqubov, Fazil Süleymanov, Həmzə Fətəliyev, Allahverdi Nəsirov,
Mikayıl Qədimov, Məzahir Yaqubov və başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu,
bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham
Əliyevin ətrafında sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı və torpaqlarımızın
işğaldan azad olunması üçün dualar etdiklərini qeyd ediblər. İcra başçısı ilə səmimi
söhbət edən dindarlar rayonda məscidlərə və dindarlara göstərilən diqqət və
qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə bir daha minnətdarlıqlarını
bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq
keçiriləcəyini bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş