• Təqvim

  • Maraq



Ağacəkmə kampaniyası mütəşəkkilliklə keçirilmişdir

Respublika mətbuatı Qazax haqqında



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start verilib. "Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşıb. Bir gündə 650 min ədəd ağac əkilib.
Səhər saatlarından start verilən ağacəkmə kampaniyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağacəkmədə iştirak edən rayon rəhbəri yol boyu ağac əkilən ərazilərdə olub, iştirakçılarla, gənclərlə görüşüb. Bu cür təşəbbüsün həyata keçirilməsini minnətdarlıq hissi ilə qarşılayan icra başçısı bu nəcib addımına görə Birinci vitse-prezident Mehriban Əliyevaya rayon ictimaiyyəti və kampaniya iştirakçıları adından təşəkkürünü çatdırıb. Tədbirə qatılanlar da Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

8 dekabr 2019-cu il




Facebook-da paylaş