Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı
vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Alıyeva Ləman Sahib qızı və Ürkməzli kənd sakini Vələdova
Şəlalə Mikayıl qızının işlə bağlı müraciətlərinə cavab olaraq Dövlət Qulluğuna
və ya Müəllimlərin İşə Qəbulu üzrə imtahanlarda iştirak etmələri tövsiyə
edilib.
Şəhər sakini Həsənov Rafiq Məhəmmədəli oğlunun, Qarapapaq kənd sakini
Abdullayeva Validə Altay qızının sığınacaqla bağlı müraciətlərinə cavab olaraq
boş yer yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakinləri İsmayılov Rasim Abuzər oğlunun, Şəmsi
Rüstəmovun, Məmmədov Səhrəd Hüseyn oğlunun, Adamov Akif Hətəm oğlunun,
Qarasaqqalova Şərqiyyə Mirzə qızının, Aşağı Əskipara kənd sakini Vəliyeva
Nazilə Məhəmmədəli qızının, Çaylı kənd sakinləri Qurbanova Xeyransa Çingiz
qızının, Hüseynov Elşən Marlen oğlunun, Hüseynova Çinarə Saleh qızının, Canalı
kənd sakini Vəliyev Səyad Şahbaz oğlunun, Qaymaqlı kənd sakini Qasımov Məhəmməd
İbrahimxəlil oğlunun, Xanlıqlar kənd sakini Rəsulova Leyla Bəhruz qızının müxtəlif səpkili müraciətləri
isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş