Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib30-09-2019, 19:31 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib. Şəhər sakini Alıyeva Ləman Sahib qızı və Ürkməzli kənd sakini Vələdova Şəlalə Mikayıl qızının işlə bağlı müraciətlərinə cavab olaraq Dövlət Qulluğuna və ya Müəllimlərin İşə Qəbulu üzrə imtahanlarda iştirak etmələri tövsiyə edilib. Şəhər sakini Həsənov Rafiq Məhəmmədəli oğlunun, Qarapapaq kənd sakini Abdullayeva Validə Altay qızının sığınacaqla bağlı müraciətlərinə cavab olaraq boş yer yaranan zaman baxılacağı bildirilib. Şəhər sakinləri İsmayılov Rasim Abuzər oğlunun, Şəmsi Rüstəmovun, Məmmədov Səhrəd Hüseyn oğlunun, Adamov Akif Hətəm oğlunun, Qarasaqqalova Şərqiyyə Mirzə qızının, Aşağı Əskipara kənd sakini Vəliyeva Nazilə Məhəmmədəli qızının, Çaylı kənd sakinləri Qurbanova Xeyransa Çingiz qızının, Hüseynov Elşən Marlen oğlunun, Hüseynova Çinarə Saleh qızının, Canalı kənd sakini Vəliyev Səyad Şahbaz oğlunun, Qaymaqlı kənd sakini Qasımov Məhəmməd İbrahimxəlil oğlunun, Xanlıqlar kənd sakini Rəsulova Leyla Bəhruz qızının müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |