• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.

Fərəhli kənd sakini, III qrup hərbi xidmət əlili İsmayılov Şahmalı Müzəffər oğlu mənzillə təmin olunmasına köməklik edilməsini xahiş edib. Vətəndaşın dövlət tərəfindən əlillər üçün tikiləcək ev növbəsinə qeydiyyata alınması bildirilib və aidiyyatı üzrə tapşırıq verilib.

Şəhər sakini Mustafayeva Tükəzban Şimid qızı qızının, Hüseynbəyli kənd sakini Nəbiyev Nazim Mehdi oğlu isə oğlunun işlə təmin olunması barədə müraciət ediblər. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq müvafiq iş yerləri təklif olunub.

Barxudarlı kənd sakini Musayeva Qəmər Mahir qızının, Quşçu Ayrım kənd sakini Cəfərova Cavahir Cəfər qızının, Ağstafa rayon Düzqışlaq kənd sakini Niyazov Şahin Nadir oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş