Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
Sentyabrın 20-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda
vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması,
vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi
borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi
orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergi
ödəyicilərinin qarşılaşdıqları suallar cavablandırılıb.
Qəbula gəlmiş istixana fəaliyyəti ilə məşğul olan yerli sahibkarlar qaz
təhcizatı ilə bağlı çətinliklərinin olduğunu qeyd edib, qaz sayğacları və
tənzimləyicilərinin yerlərinin dəyişdirilməsi nəticəsində qazpulu xərclərinin
süni şəkildə artırılmasından narazılıq ifadə ediblər.
Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub,
digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar
verilib.
Facebook-da paylaş