Əsas Səhifə > Manşet / Rəsmi > Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib


21-09-2019, 15:48


Sentyabrın 20-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları suallar cavablandırılıb.

Qəbula gəlmiş istixana fəaliyyəti ilə məşğul olan yerli sahibkarlar qaz təhcizatı ilə bağlı çətinliklərinin olduğunu qeyd edib, qaz sayğacları və tənzimləyicilərinin yerlərinin dəyişdirilməsi nəticəsində qazpulu xərclərinin süni şəkildə artırılmasından narazılıq ifadə ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.




Vergilər Nazirliyinin mətbuat xidməti
Geri qayıt