Xalq şairi Vaqif Səmədoğlunun “İntihar”ı Qazax Dövlət Dram Teatrının səhnəsində nümayiş olunub
Bu gün Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq
şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə dramaturqun "İntihar” pyesi
oynanılıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan
Səməd Vurğun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat
katibi Xəyal Rza, "Qazax”
Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər
Televiziyasının əməkdaşı Həmid Herisçi, Bakıdan qonaq olan aktyorlar Kamran
Yunis, Xəzər Süleymanlı, Mənzər Məmmədrəsul qızı, yazarlar, saz, söz adamları,
ziyalılar da tamaşaçılar arasında olublar. Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov
çıxış edərək tamaşanı izləməyə gələn iştirakçıları salamlayıb və əlamətdar gün
münasibətilə təbriklərini çatdırıb. Müasir mövzuda yazılan pyesin Qazaxda səhnəyə
qoyulmasından məmnunluğunu dilə gətirib. Qeyd edib ki, tamaşa Xalq şairi Vaqif Səmədoğlunun
eyniadlı pyesi əsasında səhnələşdirilib. Vaqif Səmədoğlunun müasir mövzuda yazdığı
bu pyesi səhnəyə qoymaq böyük məsuliyyət tələb edirdi. Ancaq biz bu məsuliyyəti
üzərimizə götürüb pyesi səhnələşdirdik. Ümid edirəm ki, tamaşanı hər kəs bəyənəcək. Sonra tamaşa izlənilib. Quruluşçu rejissoru və musiqi
tərtibatçısı Əməkdar artist Musa Eyyubovun olduğu tamaşa ilk andan izləyicilər
tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın rejissoru Əməkdar artist Hacı
Hacıyev, quruluşçu rəssamı Afiq Məmmədov, rejissor assisenti isə Kəmalə Eyyubovadır. Tamaşada rolları Allahverdi Musayev (Azər), Zəmanə
Dərviş (Məsmə), Xanım Məmmədova (Xeyransa), Aydın Orucov (Samson bəy), Nazilə
Məmmədova (Dalila xanım), Sayalı İsmayılova (Kleopatra), Hacı Hacıyev (Elcan
Vətənski), İlqar Hacəliyev (Şəkər bədbin), Yusif Qoca (Cabir), Minayə
İbrahimova (Ellada), Ema Zeynalova (Qonşu qarı), Nəsimi Aşbazov (lal-kar oğlan),
Arif Almədədov (kişi), Zamin Musayev (fəhlə) ifa ediblər. Zaldan ucalan gur alqışlar tamaşanın uğurlu
alındığının göstəricisi olub. Tamaşadan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yubiley
tədbiri və büstün açılışı münasibətilə bir daha rayon ictimaiyyətini təbrik
edib. Tamaşa haqqında ürək sözlərini çatdıraraq teatrın kollektivinə, tamaşanın
ərsəyə gəlməsində əməyi keçən insanlara uğurlu çıxışlarına görə minnətdarlığını
bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş