ADAU-nun professor-müəllim heyəti Qazaxda görüş keçirib
Respublika mətbuatı Qazax haqqında
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin 2019/2020-ci tədris ilində peşəyönümü üzrə tam orta məktəb məzunları üçün kənd təsərrüfatının inkişafının, mütəxəssis hazırlığının keyfiyyətinin və mütəxəssislərə dövlət qayğısının yüksəldilməsinin təbliği istiqamətində Qazax rayonu üzrə tam orta məktəblərin məzunları ilə görüşü keçirilib.
Səməd Vurğunun adını daşıyan
Qazax şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan görüşdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, ADAU-nun
nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən
orta məktəblərin direktorları və məzunları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və bugünkü görüşün məqsədi
barədə məlumat verib. Əvvəlcə aqrar sahənin inkişaf etdirilməsi və yüksək
ixtisaslı peşəkar kadrların hazırlanması məqsədilə belə bir görüşün təşkilinə
görə universitetin rəhbərliyinə rayon ziyalıları adından minnətdarlığını
bildirib. Ölkə iqtisadiyyatının, eləcə də aqrar sahənin inkişafı istiqamətində
təbliğat xarakterli bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
İcra başçısı son illər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, yürütdüyü
məqsədyönlü siyasət nəticəsində Azərbaycanda neft sektoru ilə yanaşı qeyri-neft
sektorunun da inkişaf etdiyini bildirib. Qeyri-neft sektorunda xüsusi çəkiyə
malik olan aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdiyini
diqqətə çatdırıb. Rayon rəhbəri ölkə başçısının qayğısı sayəsində
respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda aqrar sahənin inkişaf
etdirilməsi üçün məqsədyönlü işlər görüldüyünü bildirib. Rayon rəhbəri Qazaxda
sənaye sahəsi ilə yanaşı aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının
inkişafı ilə bağlı təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. 2016-cı
ilin 19 oktyabrında ölkə başçısının iştirakı ilə istifadəyə verilən
"Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nı, İkinci Şıxlı kəndində
”İnvestel GROUP” MMC tərəfindən yaradılan Aqroparkı bu sahədə atılan uğurlu
addımlar kimi qiymətləndirib. İcra başçısı bildirib ki, Qazaxda aqrar sahənin
inkişafını son 3 ildə əkin sahələrinin ildən-ilə artmasından da aydın şəkildə
görmək olar. Əgər 2016-cı ildə 16 min idisə, bu gün 22 mindən çox sahəni əhatə
edir.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafı ilə bağlı görülməsi nəzərdə tutulan işlər üçün xüsusi bəndin salındığını da qeyd edib. Rəcəb Babaşov gündən-günə inkişaf edən Azərbaycanda yüksək ixtisaslı, peşəkar kadrlara da böyük ehtiyac olduğunu bildirib. Bunun üçün dövlət və dövlət başçısı tərəfindən məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb.
ADAU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə universitetin professor-müəllim heyəti adından minnətdarlığını bildirib. Universitet haqqında ətraflı məlumat verən rektor Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə fəaliyyət göstərdiyi bir binada fəaliyyət göstərdiklərini qeyd edib. Bu gün hər bir universitet tələbəsinin bu tarixi əhəmiyyətli binada təhsil almaları ilə fəxr etdiyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafı ilə bağlı görülən işlərin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı görülən işləri ADAU-da yaradılan şəraitin timsalında aydın şəkildə görmək olar. Yüksək ixtisaslı peşəkar kadrların hazırlanması üçün bu gün universitetdə təhsil alan tələbələr üçün hər cür şərait yaradıldığını qeyd edib.
Tədbirdə ADAU-nun Tələbə qəbulu üzrə məsul katibi, dossent Telman Musayev, Azad həmkarlar ittifaqı təşkilatının sədri, Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş, dossent Vüsal Orucov, ADAU-nun Aqronomluq fakültəsinin III kurs tələbəsi Pərvanə Ələkbərova, və başqaları çıxış etdilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ADAU-nun rektoru İbrahim Cəfərova və universitetin rəhbərliyinə bu gün təşkil olunan məhsuldar görüşə görə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib və gələcək işlərində yüksək müvəffəqiyyətlər qazanmalarını arzulayıb.
Vəli VƏLİYEV,
"Respublika” qəzetinin bölgə müxbiri
2 iyun 2019-cu il
Facebook-da paylaş