Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > ADAU-nun professor-müəllim heyəti Qazaxda görüş keçirib
ADAU-nun professor-müəllim heyəti Qazaxda görüş keçirib2-06-2019, 10:09 |
Respublika mətbuatı Qazax haqqındaAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin 2019/2020-ci tədris ilində peşəyönümü üzrə tam orta məktəb məzunları üçün kənd təsərrüfatının inkişafının, mütəxəssis hazırlığının keyfiyyətinin və mütəxəssislərə dövlət qayğısının yüksəldilməsinin təbliği istiqamətində Qazax rayonu üzrə tam orta məktəblərin məzunları ilə görüşü keçirilib. Səməd Vurğunun adını daşıyan
Qazax şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan görüşdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, ADAU-nun
nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən
orta məktəblərin direktorları və məzunları iştirak ediblər.
İcra başçısı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafı ilə bağlı görülməsi nəzərdə tutulan işlər üçün xüsusi bəndin salındığını da qeyd edib. Rəcəb Babaşov gündən-günə inkişaf edən Azərbaycanda yüksək ixtisaslı, peşəkar kadrlara da böyük ehtiyac olduğunu bildirib. Bunun üçün dövlət və dövlət başçısı tərəfindən məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. ADAU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə universitetin professor-müəllim heyəti adından minnətdarlığını bildirib. Universitet haqqında ətraflı məlumat verən rektor Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə fəaliyyət göstərdiyi bir binada fəaliyyət göstərdiklərini qeyd edib. Bu gün hər bir universitet tələbəsinin bu tarixi əhəmiyyətli binada təhsil almaları ilə fəxr etdiyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafı ilə bağlı görülən işlərin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı görülən işləri ADAU-da yaradılan şəraitin timsalında aydın şəkildə görmək olar. Yüksək ixtisaslı peşəkar kadrların hazırlanması üçün bu gün universitetdə təhsil alan tələbələr üçün hər cür şərait yaradıldığını qeyd edib. Tədbirdə ADAU-nun Tələbə qəbulu üzrə məsul katibi, dossent Telman Musayev, Azad həmkarlar ittifaqı təşkilatının sədri, Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş, dossent Vüsal Orucov, ADAU-nun Aqronomluq fakültəsinin III kurs tələbəsi Pərvanə Ələkbərova, və başqaları çıxış etdilər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ADAU-nun rektoru İbrahim Cəfərova və universitetin rəhbərliyinə bu gün təşkil olunan məhsuldar görüşə görə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib və gələcək işlərində yüksək müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Vəli VƏLİYEV, 2 iyun 2019-cu il
Geri qayıt |