Maarifləndirici tədbir keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı,
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti
dövründə dövlətçilik ənənələrimizin bərpası istiqamətində görülmüş işlərin təbliği”
layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə
rayonda təhsil alan tələbələr, fəal gənclər və məktəblilər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının
Dövlət Himninin iştirakçılar tərəfindən canlı oxunması və bütün şəhidlərimizin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir
müavini Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb
və toplantının əhəmiyyəti barədə danışıb. AXC-nin yaranmasının 100 illik
yubileyi ilə əlaqədar respublikamızda, eləcə də Qazax rayonunda görülmüş işlər
və həyata keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib. Mövzu ilə bağlı "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz
Bayramov, ictimai birliyin idarə heyətinin üzvü Seymur Verdiyev, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim
Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və başqaları
çıxış ediblər. Çıxışlar zamanı AXC-nin
yaranması, fəaliyyəti, dövlətçilik ənənələrimizin bərpası istiqamətində gördüyü
işlər, bu gün ölkəmizdə sağlam mənəvi mühitin yaranması və digər məsələlər barədə
geniş məlumatlar verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş