Əsas Səhifə > Gənclər > Maarifləndirici tədbir keçirilib

Maarifləndirici tədbir keçirilib


29-11-2018, 18:57


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətçilik ənənələrimizin bərpası istiqamətində görülmüş işlərin təbliği” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Gənclər Mərkəzində keçirilən tədbirdə rayonda təhsil alan tələbələr, fəal gənclər və məktəblilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin iştirakçılar tərəfindən canlı oxunması və bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və toplantının əhəmiyyəti barədə danışıb. AXC-nin yaranmasının 100 illik yubileyi ilə əlaqədar respublikamızda, eləcə də Qazax rayonunda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib.

Mövzu ilə bağlı "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, ictimai birliyin idarə heyətinin üzvü Seymur Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və başqaları çıxış ediblər.

Çıxışlar zamanı AXC-nin yaranması, fəaliyyəti, dövlətçilik ənənələrimizin bərpası istiqamətində gördüyü işlər, bu gün ölkəmizdə sağlam mənəvi mühitin yaranması və digər məsələlər barədə geniş məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






GOYEZEN.AZ


Geri qayıt