İcra başçısı Daş Salahlı və Yuxarı Salahlı kəndlərində ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb
Son
illər respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuliyyət
sahələrindən biri olanbaramaçılıq uğurla inkişaf etdirilir. Hələ sovet dövründən
əməktutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran bir
fəaliyyət növü kimi formalaşan bu sahənin inkişafı istiqamətində görülən işlər
demək olar ki, bütün bölgələrimizi əhatə edir. "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham
Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr respublikamızın
hər yerində olduğu kimi Qazaxda da uğurla yerinə yetirilir. Cari il də daxil
olmaqla artıq 4 il olur ki, Qazaxda barama yetişdirilir. 2016-cı ildə 1502 kq
yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a
çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək”
ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın
istehsalı nəzərdə tutulub. Belə ki, rayonda kənd təsərrüfatının gəlirli
sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin
müvəffəqiyyətlə icra olunması bu il də uğurla həyata keçirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Daş Salahlı və Yuxarı Salahlı kəndlərində
ipəkqurdunun mövcud vəziyyəti ilə tanış olub. Rayon rəhbərinə məlumat
verilib ki, artıq baramaçılıqda
məhsul mövsümü yaxınlaşır. Belə ki, ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci
yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdlarıbarama sarımağa başlayacaqlar. Təxminən
bir həftədən sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək. Beşinci yaşda bəsləmə
tədbirləri barədə danışan
kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ
yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması,
havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə,kümxanada xəstəlik
yarana bilər. İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf
etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq
hissi ilə qarşılanır. Bu gün xeyli sayda kənd sakini baramanın
yetişdirilməsində çalışır ki, onların arasında ölkə Prezidenti İlham
Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi
məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün
"DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai
işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə Ölkə
Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Mütəmadi olaraq
onlarla görüşdüyünə, qayğıları ilə maraqlandığına, diqqət və qayğı göstərdiyinə
görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox
məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər. Mövcud vəziyyətlə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. GOYEZEN.AZ
Daş Salahlı kəndi
Yuxarı Salahlı kəndi
Facebook-da paylaş