Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Daş Salahlı və Yuxarı Salahlı kəndlərində ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı Daş Salahlı və Yuxarı Salahlı kəndlərində ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb


31-05-2019, 22:06


Son illər respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuliyyət sahələrindən biri olanbaramaçılıq uğurla inkişaf etdirilir. Hələ sovet dövründən əməktutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran bir fəaliyyət növü kimi formalaşan bu sahənin inkişafı istiqamətində görülən işlər demək olar ki, bütün bölgələrimizi əhatə edir. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr respublikamızın hər yerində olduğu kimi Qazaxda da uğurla yerinə yetirilir. Cari il də daxil olmaqla artıq 4 il olur ki, Qazaxda barama yetişdirilir. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Belə ki, rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunması bu il də uğurla həyata keçirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş SalahlıYuxarı Salahlı kəndlərində ipəkqurdunun mövcud vəziyyəti ilə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdlarıbarama sarımağa başlayacaqlar. Təxminən bir həftədən sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə,kümxanada xəstəlik yarana bilər.

İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır ki, onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə Ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Mütəmadi olaraq onlarla görüşdüyünə, qayğıları ilə maraqlandığına, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

Daş Salahlı kəndi



Yuxarı Salahlı kəndi

 


GOYEZEN.AZ


Geri qayıt