Həkimlər onlara yaradılan imkana görə minnətdarlıq ediblər
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi
Orxan Mürsəlovla birlikdə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi tərəfindən Qazaxda davamlı tibbi təhsillə
əlaqədar təşkil olunmuş səyyari kursda iştirak edən həkimlərlə görüşüblər. Administrasiya nümayəndəsinə məlumat verilib ki, artıq 9 gündür ki, Qazax Müalicə
Diaqnostika Mərkəzində təşkil olunmuş kurslar uğurla davam edir. Aprelin 8-dən
start götürən kurslarda həkimlərə davamlı tibbi təhsillə bağlı maraqlı mövzular
barədə ətraflı məlumatlar verilir. Qeyd olunub ki, həkim terapevt, pediatr və ailə həkimi
üzrə aparılan səyyari kurslarda Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri
ilə bərabər, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan
Ağstafa, Tovuz və Şəmkir rayon Mərkəzi Xəstəxanalarının həkimləri də fəal
iştirak edirlər. Kursa 65 nəfər müxtəlif ixtisasdan olan həkimlər qatılıb.
Davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda həkimlər
sertifikat və balla qiymətləndiriləcəklər. Peşəkar və yüksək ixtisaslı həkimlərin iştirakı ilə
təşkil olunan kurslar isə aprelin 17-dək davam edəcək. Bugünkü
kursu aparan Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) "Ailə təbabəti”
kafedrasının dosenti, tibb elmləri namizədi Aydın Zeynalov çıxış edərək ölkəmizdə səhiyyə sahəsində qazanılan uğur
və nailiyyətlərdən söz açıb. Qeyd edib ki, bu gün ölkəmizdə səhiyyə sahəsinin
inkişaf etməsi, yüksək ixtisaslı kadrların, peşəkar həkimlərin yetişməsi
istiqamətində mühüm işlər görülür. Bu cür səyyari kursların təşkili də həmin
işlərin tərkib hissəsidir. "Ürəyin işemik xəstəliyi” mövzsunda dolğun məlumatlar
çatdıran dosent həkimlərin kursda fəal iştiak etdiklərini bildirib. O, yaradılan
şəraitə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb. Qazax
rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə
dövlət səviyyəsində göstərilən diqqət və qayğnın bu gün rayon rəhbərliyi
tərəfindən də uğurla davam etdirildiyini bildirib. O, bütün tibb işçiləri
adından ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını ifadə edib. Kursda iştirak edən Ağstafa rayon
Mərkəzi Xəstəxanasının terapevti Rasim Kərimov çıxış edərək səhiyyə sahəsinə,
xüsusilə də bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğıya görə ölkə
prezidenti İlham Əliyevə və Səhiyyə Naziri Oqtay Şirəliyevə bütün səhiyyə
işçiləri adından öz dərin minnətdarlığını çatdırıb. Qeyd edib ki, bu gün
paytaxtdan uzaqda fəaliyyət göstərən hər bir həkimin bu cür kurslarda iştirak
edə bilməsi üçün bizlərə geniş imkanlar yaradılır. Heç bir yana getmədən rahat
şəkildə kurslarda iştirak edib, öz bilik və təcrübələrimizi daha da təkmilləşdirə
bilirik. Bu, biz həkimlərə verilən yüksək qiymətdir. GOYEZEN.AZ
Facebook-da paylaş