Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu
siyasətin mərkəzində vətəndaş amili dayanır. Görülən bütün işlərdə dövlətin vətəndaşına
olan diqqət və qayğısını görmək olur. Ölkə başçısının son aylar imzaladığı
fərman və sərəncamlar da bir daha onu sübut edir ki, atılan hər bir uğurlu
addımın arxasında vətəndaş qayğıları və onların müsbət həll olunması dayanır.
Bu gün
Qazaxda da vətəndaş mövqeyi daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə bu
sahənin hər zaman ön planda olması, sakinlərlə keçirilən səyyar görüşlər, fərdi
qəbullar bunu söyləməyə əsas verir.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini İsmayılov
Nəvazi Yolçu oğlu və Barxudarlı kənd sakini Abdullayeva Əminə Kamran qızı
minnətdarlıq etmək üçün gəldiklərini bildiriblər. Onlar rayonda vətəndaşlara
olan diqqətə, göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər. Rayonda ölkə
başçısının istəyinə uyğun olaraq vətəndaş amilinin ön plana çəkilməsini yüksək
qiymətləndirdiklərini vurğulayıblar.
Xanlıqlar
kənd sakini Adıgözəlova Dilşad Yolçu qızının yeni quraşdırılan sayğacla bağlı
müraciətinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib.
Ağköynək
kənd sakini Eyubov Qənbər Səlim oğlunun evinin dam örtüyünün təmirinə köməklik
olunması barədə istəyinə baxılacağı qeyd olunub.
Kosalar
kənd sakini Qasımova Zəminə Heydər qızının və Aşağı Salahlı kənd sakini
Məmmədova Məryəm Nəsir qızının oğlunun işi ilə bağlı müraciətlərinə cavab
olaraq rayon Məşğulluq Mərkəzində qeydiyyyata düşmələri və ixtisaslarına əsasən
müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etmələri tövsiyə edilib.
Şəhər
sakinləri Həsənov Asif Söyün oğlunun, Mustafayev Bilal Maqsud oğlunun, Abdullayeva
Əntiqə Rus qızının, Həsənov Zirəddin Nəsib oğlunun, Hüseynbəyli kənd sakini, I
qrup Qarabağ müharibəsi əlili Nəsibov Elşad İsmixan oğlunun, İkinci Şıxlı kənd
sakini Quluyeva Kifayət İbrahimxəlil qızının müxtəlif səpkili müraciətləri də
müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş