Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib15-04-2019, 22:51 |
Bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində vətəndaş amili dayanır. Görülən bütün işlərdə dövlətin vətəndaşına olan diqqət və qayğısını görmək olur. Ölkə başçısının son aylar imzaladığı fərman və sərəncamlar da bir daha onu sübut edir ki, atılan hər bir uğurlu addımın arxasında vətəndaş qayğıları və onların müsbət həll olunması dayanır. Bu gün Qazaxda da vətəndaş mövqeyi daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə bu sahənin hər zaman ön planda olması, sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar bunu söyləməyə əsas verir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Şəhər sakini İsmayılov Nəvazi Yolçu oğlu və Barxudarlı kənd sakini Abdullayeva Əminə Kamran qızı minnətdarlıq etmək üçün gəldiklərini bildiriblər. Onlar rayonda vətəndaşlara olan diqqətə, göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər. Rayonda ölkə başçısının istəyinə uyğun olaraq vətəndaş amilinin ön plana çəkilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar. Xanlıqlar kənd sakini Adıgözəlova Dilşad Yolçu qızının yeni quraşdırılan sayğacla bağlı müraciətinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib. Ağköynək kənd sakini Eyubov Qənbər Səlim oğlunun evinin dam örtüyünün təmirinə köməklik olunması barədə istəyinə baxılacağı qeyd olunub. Kosalar kənd sakini Qasımova Zəminə Heydər qızının və Aşağı Salahlı kənd sakini Məmmədova Məryəm Nəsir qızının oğlunun işi ilə bağlı müraciətlərinə cavab olaraq rayon Məşğulluq Mərkəzində qeydiyyyata düşmələri və ixtisaslarına əsasən müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etmələri tövsiyə edilib. Şəhər sakinləri Həsənov Asif Söyün oğlunun, Mustafayev Bilal Maqsud oğlunun, Abdullayeva Əntiqə Rus qızının, Həsənov Zirəddin Nəsib oğlunun, Hüseynbəyli kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Nəsibov Elşad İsmixan oğlunun, İkinci Şıxlı kənd sakini Quluyeva Kifayət İbrahimxəlil qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt |