BDU-nun Qazax filialında Novruz şənliyi
Bakı Dövlət Universitetinin Qazax
filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi
keçirilib. Tədbirin aparıcıları qonaqları və müəllim-tələbə
kollektivini salamladıqdan sonra bayram şənliyinə start verilib. Filialın direktoru Arif Rüstəmov
çıxış edərək ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım
Əliyeva başda olmaqla müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik
edib, Azərbaycan xalqının rifahı naminə həyata keçirdikləri bütün işlərdə
uğurlar arzulayıb. BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan mərhum
coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz
tutulduğunu, onun daim qəlblərdə yaşadığını bildirib. Rayon rəhbərinin universitetə hər
zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi
münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova
kollektiv adından minnətdarlığını bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün Azərbaycan xalqını, o cümlədən,
filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə səmimi qəlbdən
təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, respublikamızda
bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə
bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən
Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən Fərman
və Sərəncamlar gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra
başçısı qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş
yerləri açılır, yollar salınır, məktəblər tikilir, əhalinin rifah halı
yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü
işlər həyata keçirilir. AYB Qazax zona filialının sədri,
Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi Mustafa
Rasimoğlu və başqaları da çıxış edərək Novruz bayramı ilə əlaqədar öz ürək sözlərini
söyləyib, bayram təbriklərini şeirlə çatdırıblar.
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş