BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib
Bu gün
Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz
bayramı münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Yazıçılar
Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat
Vüsal, Əməkdar incəsənət xadimi,
Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidə bayram tədbirində iştirak ediblər.
Tədbirin
aparıcıları qonaqları və müəllim-tələbə kollektivini salamladıqdan sonra bayram
şənliyinə start verilib.
Filialın direktoru Arif Rüstəmov
çıxış edərək ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım
Əliyeva başda olmaqla müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik
edib, Azərbaycan xalqının rifahı naminə həyata keçirdikləri bütün işlərdə
uğurlar arzulayıb. BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan filialın
direktoru olmuş mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin
xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını
bildirib. Onun filialda qoyduğu ənənələrin bu gün də müəllim və tələbələr tərəfindən
yerinə yetirildiyini qeyd edib. Dövlət başçısının son aylar imzaladığı Sərəncam
və Fərmanların, xüsusilə də şəhid ailələrinə olan diqqət və qayğının gənclər tərəfindən
də yüksək qiymətləndirildiyini və minnətdarlıq hissi ilə qarşılandığını diqqətə
çatdırıb. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən
filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından minnətdarlığını
bildirib. Bu gün bayram şənliyində tələbələrin arasında olmasını, onları təbrik
etməsini gənclərə verdiyi dəyər kimi qiymətləndirib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün
Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini Novruz
bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, respublikamızda bütün sahələrlə
yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi
yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda
gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən Fərman və Sərəncamlar
gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra başçısı qeyd edib
ki, bu gün respublikamızın hər bir bölgəsində yeni iş yerləri açılır, yollar
salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat
səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü
olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən
yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı
sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin
davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.
Sonra AYB Qazax zona
filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın
ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və başqaları çıxış edərək Novruz bayramı
ilə əlaqədar öz ürək sözlərini söyləyib, bayram təbriklərini şeirlə
çatdırıblar. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru Arif Rüstəmovun
bayram tonqalını alovlandırması alqışlarla qarşılanıb. Sonra Novruzun
atributlarından olan Keçəl və Kosanın, Bahar qızın şənliyə gəlməsi tədbir
iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bayram
təamları ilə bəzədilmiş ən yaxşı stolun müəyyən edilməsi məqsədilə münsiflər
heyəti yaradılıb. Onlar bütün bayram süfrələrinə baxış keçirərək bəzədilmiş ən
yaxşı stolu müəyyən ediblər. Fərqlənən 3 ən yaxşı stolun nümayəndəsinə bayram hədiyyələri
təqdim edilib. Novruz
şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Yüksək səviyyədə keçirilən
bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin
hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər, əl
işləri, milli təamlar nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa
olunub. Kosa və Keçəlin, Bahar qızın bir-birindən şən zarafatları, maraqlı
çıxışları bayram şənliyinə daha bir rəng qatıb. Novruz tonqalı ətrafında müəllim
və tələbələr rəqs ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş