Vətəndaşların müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb. Məhz bunun nəticəsidir ki, son iki il yarımdır ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.
Rayon rəhbəri bu gün bir qrup rayon ağsaqqalının istəyini nəzərə alaraq onların istirahət etdiyi Qazax rayon Müharibə və Əmək Veteranlarının İstirahət Mərkəzində olub, müraciətlərini dinləyib, qayğıları ilə maraqlanıb.
Ağsaqqalların istirahət mərkəzinin istilik sistemi ilə təmin olunması ilə bağlı müraciətini dinləyən icra başçısı qaldırılan məsələnin həll olunması üçün aidiyyəti üzrə tapşırıq verib.
Şəhid atası Sarı Hüseynov onların istəyini nəzərə alıb qeyd olunan ünvana gəlməsini, müraciətlərinə münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə ağsaqqallar adından öz dərin minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş