Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup rayon
sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, vətəndaşları narahat edən
məsələləri dinləyib.
Şəhər sakini Cəfərzadə
Nəzrin Fərhad qızı müalicə olunmasına və evinin sənədləşməsinə köməklik edilməsini
bildirib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbərliyi onun müraciəti ilə bağlı
aidiyyəti üzrə tapşırıq verib.
Şəhərdə yaşayan
Həsənova Əzizə Elçin qızının, Çaylı kənd sakini Hüseynəliyev Nofəl Əlipaşa
oğlunun, Xanlıqlar kənd sakini Allahquliyeva Zenfira İdris qızının müxtəlif səpkili müraciətləri də
müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş