Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin 2018-ci
ildə görülmüş işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncaqları keçirilir. Bu gün Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi
üzrə nümayəndəliyin də hesabat yığıncağı olub. Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayevin, aparatın Sənədlərlə
və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışovun
və kənd sakinlərinin iştirak etdiyi yığıncaqda yola saldığımız 2018-ci ildə
qazanılan uğur və nailiyyətlərə, rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində
görülmüş işlərə bir daha nəzər salınıb. Əvvəlcə
hesabat yığıncağının keçirilməsi üçün sədr və katib seçilib. Sədr Şahismayıl Məmmədov gündəlikdə
duran məsələlər barədə məlumat verdikdən sonra yığıncaq öz işinə başlayıb. Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndə Nəsib Şəmşiyev 2018-ci ildə istər
ölkəmizin, istərsə də rayonumuzun əldə olunan nailiyyətlərini özündə əks etdirən
geniş hesabat mərzəsi ilə çıxış edib. Qeyd edib ki, respublikamizda gedən iqtisadi inkişafın təsiri
rayonumuzda da öz əksini tapmışdır. İcra başçısı Rəcəb Babaşovun rayonumuza rəhbərlik
etdiyi ilk gündən rayonun iqtisadi və mədəni inkişafı dinamik olaraq davam
etdirilir. Rayonumuzda olan bu iqtisadi inkişaf Yuxarı Salahlı kəndində də özünü göstərmişdir. 2018-ci ildə
Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və
Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında bu ilin aprel ayında
inşasına başlanılan həkim məntəqəsinin tikintisi başa çatırılaraq oktyabr
ayında əhalinin istifadəsinə verilmişdir. Yuxarı Salahlı həkim məntəqəsinin
ümumi sahəsi 216 kv.m-dir. İlkin tibbi yardım, baş həkim, ailə həkimi,
ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət
olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri
üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı
yaradılıb, istilik sistemi ilə təchiz edilib, ətrafında 1000 ədəd həmişəyaşıl
dekorativ ağac və güllər əkilmişdir. Yuxarı Salahlı kəndi ərazisində yeni salınmış iki
məhəllələrdən birində 800 m uzunluğunda SİB kabel xətti çəkilmiş, digər
məhəllədə isə 500 m uzunluğunda yeni elektrik xətti beton dirəklərlə
çəkilmişdir. 2018-ci
ilin məhsulu üçün kənd əhalisi 770,5 hektar sahədə payızlıq taxıl əkmişdir.
Bundan 480,5 hektarı buğda, 290 hektarı isə arpadır. 45 hektarda dən üçün
qarığdalı, 300 hektarda yonca, 10 hektarda bostan, 50 hektarda tərəvəz, 15
hektarda kartof və s. kənd təsərrüfatı bitkiləri əkib becərmişlər. Bunun
müqabilində isə 1892 ton taxıl, 245 ton qarğıdalı dəni, 926 ton quru ot, 162,5
ton bostan məhsulları, 1159 ton tərəvəz və 240 ton kartof əldə edilmişdir. Məhsul
istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü gübrələrin böyük rolu vardır. 2015-ci ildə
Yuxarı Salahlı kəndində açılmış və kifayət qədər kənd təsərrüfatı texnikası ilə
təmin olunmuş "Aqrolizinq” müəssisəsi
nəinki Yuxarı Salahlı kənd əhalisinin əkin torpaqlarının, qonşu olan onlarca
kənd əhalisinə məxsus olan əkin torpaqlarını da əkib becərir. Müəssisə mineral
gübrə, xəstəlik və zərərvericilərə qarşı zəhərli kimyəvi maddələrlə əhalini
kifayət qədər təmin edir. Bu il ərazidə fəaliyyət göstərən su nasos stansiyalarının əsaslı
təmir edilməsi nəticəsində fasiləsiz işlədilməsi təmin edilmiş, əkin
torpaqlarına suvarma suyunun verilməsi artırılmışdır. Kanalların, arxların
təmiri işlərinə, təmizlənməsinə və bu işlə əlaqədar qarşıya çıxan çətinliklərin
həllinə Qazax rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və "Umud” Sudan İstifadə Birliyi yaxından köməklik göstərmişdir. Kənd
əhalisi 2019-cu ilin məhsulu üçün sentyabr–dekabr aylarında 721 hektarda
payızlıq taxıl əkmişlər. İndiyə kimi suvarılan sahələrdə180 hektarda suvarma
aparılmışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin
becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət
büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”nın və "Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyəti hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı
məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması
qaydalarının təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli
Sərəncamın icrası ilə əlaqədar 2018-ci ildə 765 nəfər kənd sakininə ümumilikdə
72724 manat pul yardımı edilmiş, 191 nəfər sakinə isə 75 tona yaxın güzəştli
yolla mineral gübrə satılmışdır. Belə yardımlar əkinçinin marağını artırır,
yüksək məhsul istehsal üçün zəmin yaradır. Kənddə bitkiçiliklə yanaşı
heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2018-ci təsərrüfat
ilində vətəndaşların şəxsi istifadəsində 1760 baş iribuynuzlu mal-qara, 7320
baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Qazax rayon Baytarlıq İdarəsi
tərəfindən mal-qaranın və davarların xəstəliklərinə qarşı mütəmadi olaraq
profilaktiki müalicə tədbirləri aparılır. 2018-ci il ərzində epizodik müalicə
tədbirləri planına uyğun olaraq 1635 baş mal-qarada və 6830 baş davarlarda
müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan
52 başda manqo, 12100 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri
aparılmışdir. Kənddə
aparılan hər hansı işin əhali ilə canlı ünsiyyətinə, qarşıya çıxan
sosial-iqtisadi problemlərin həllində ictimaiyyət nümayəndələrinin iştirakına
üstünlük verilmişdir. Görüləsi vacib olan məsələlər ilin əvvəlindən prespektiv
iş planına daxil edilmişdir. Buna vətəndaşların qəbulu, ərizə, şikayət və
təkliflərinə baxılması, kargüzarlıq işləri, maliyyə uçotu işlərinin yaxşılaşdırılması,
təsərrüfat işlərində əhaliyə yaxından kömək, təhsil, səhiyyə, poçt, rabitə və
digər xidmət sahələrinin xalqa etdiyi xidmət səviyyəsinin artırılması, buraxılmış
nöqsanların aradan qaldırılması, asayişin qorunması, kənd təsərrüfatı sahəsində
əhaliyə aqrotexniki, zootexniki və baytarlıq xidməti sahələrinin
yaxşılaşdırılması, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibəsi
əlilərinə, imkansız ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin
yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi, dini və milli
bayramların keçirilməsinin təşkili və s. bu kimi tədbirlər iş planına daxil
edilmiş və görüləcək işlərin icra edilməsi üçün məsul şəxslər ayrılmışdır.
2018-ci fəaliyyət dövründə Yuxarı Salahlı kənd nümayəndəliyi "Vətəndaşların
müraciətlərinə baxılması qayıdası haqqında” Azərbaycan Respublkasının Qanunu
ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və
təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara
məlumat verilmişdir. Hesabat dövrü ərzində vətəndaşlardan 9 yazılı ərizə daxil
olmuşdur. Ərizələrin 7-si təsərüffat məsələsinə, 1-i şikayət, 1-i isə məzuniyyət
məsələsinə aid olmuşdur. Vətəndaşları narahat edən və ya müxtəlif formada
şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 30 nəfər təşkil
etmişdir. Şifahi qəbula gələnlərin şikayət və müraciətləri müxtəlif forma və məzmunda
olmaqla onun 21-i, yəni 70%-i qonşularla, həm həyatyanı, həm də çöl pay torpaq
sahəsində mübahisəli məsələlərin həlli, suvarma işi, əkin sahələrinə mal-qara
düşüb ziyanlıq verməsi, içməli suya olan tələbatın ödənilməsi, ailə daxili
münaqişələr, əmlak məsələləri, istismara yararsız və həyat üçün təhlükəli olan
elektrik dirəklərinin dəyişdirilməsi və s. bu kimi məsələlərdən, qalan 9-u, yəni 30 %-i isə köməkdarlıq məqsədilə
edilən müraciətlərdən ibarətdir. İstər daxil olan yazılı ərizələr, istərsə də
şifahi şikayətlər və müraciətlər vaxtında nümayəndəlikdə və yaxud yerlərdə gecikdirilmədən vətəndaşın özünün iştirakı ilə
baxılaraq həll edilmişdir. 2018-ci ildə yuxarı icra orqanlarından, idarə, təşkilat
və müəssisələrdən cəmi 31 məktub, sənəd, qərar və sərəncamlar daxil olmuşdur. Sənədlər
nəzarətə götürülərək baxılıb vaxtında aidiyyəti təşkilatlara göndərilmiş, qərar
və sərəncamlar icra edilmişdir. Yuxarı Salahlı kənd icra nümayəndəliyi tərəfindən
isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə və vətəndaşlara il ərzində
1170 ədəd müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir.
Bu məktubların bir hissəsi məzmun etibarı ilə nəzarətə götürülmüş məktubların
cavabları, bir hissəsi isə müraciət və məlumat xarakterli olmuşdur. Vətəndaşlarımıza
verilmiş arayışların əksəriyyəti vətəndaşların yaşayış yeri barədə, ailə tərkibi
barədə və müxtəlif məzmunlu arayışlardan ibarətdir. Hesabat dövrü ərzində nümayəndəlikdə 17 nəfərin
nigah qeydiyyatı, 22 nəfərin doğum qeydiyyatı və 29 nəfərin ölüm qeydiyyatı
aparılmışdır. Kənd yaraşıqlı yaşayış evləri, abad yolları, içməli
və suvarma suyunun kifayət qədər təminatlı olması, qaz və işıq sisteminin fasiləsiz
verilməsi, xalqa xidmət göstərən təhsil, səhiyyə, poçt, rabitə, ictimai iaşə və
digər sosial obyektlərin olması ilə fərqlənir və xarakterizə olunur. Kəndin
abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yerli
özünüidarəetmə orqanı olan bələdiyyələrin də böyük rolu vardır. 2018-ci ildə əhalinin
suvarma suyuna olan tələbatının ödənilməsində, taxıl sahələrində biçinin
aparılması üçün texnikanın cəlb edilməsində, içməli su üçün yeni məhəllələrə
yeni su xəttinin təmiri, kənddaxili yolların təmir edilməsi, müxtəlif ictimai
yerlərdə 8 ədəd bulağın quraşdırılması və s. işlərin görülməsi bələdiyyə
şurasının təşkilatçılığı ilə həyata keçirilmişdir. Bundan əlavə, kənd sakinlərinin
iştirakı ilə mütəmadi olaraq qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Yuxarı Salahlı kəndində olan şəhid ailələrinin,
Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, imkansızların adları dini və milli
bayramlarda yad edilmiş, onlara maddi yardımların edilməsi unudulmamışdır. İcra nümayəndəsi kənddə təhsil, səhiyyə, mədəniyyət
sahəsində, dövlət və milli bayramların təşkil edilməsi ilə əlaqədar görülmüş
işlər və həyata keçirilmiş tədbirlər barədə də yığıncaq iştirakçılarına məlumat
verib. Qeyd edib ki, cəmiyyətin ahəngdar işləməsində, onun
intellektual potensialının formalaşmasında təhsil müstəsna əhəmiyyət kəsb edir.
Yuxarı Salahlı kəndində xalqın, millətin sabahının təminatçısı olan və əsası
XIX əsrin 70-ci illərində qoyulan Rus-Azərbayacan məktəbinin fəaliyyətindən 140
ilə yaxın bir vaxt ötür. Hazırda şəhid Zahid Mahmudovun adını daşıyan tam orta
məktəb kəndin demək olar ki, ziyalılar mərkəzidir. Bu məktəb xalqımıza çoxlu
sayda dahilər yetirmişdir. Hazırda məktəbdə 491 nəfər şagird təhsil alır. 51 nəfər
müəllim və 21 nəfər texniki işçi kollektivi çalışır. Əvvəlki illərdə olduğu
kimi bu ildə də məktəb məzunlarından 7 nəfər respublikanın ali məktəblərinə
daxil olub. Qazax rayonu üzrə 600-dən yuxarı bal toplamış 19 nəfərdən 2 nəfəri isə Yuxarı Salahlı kənd tam orta
məktəbin məzunları olmuşdur. Bunlardan məktəbin məzunu Bayramova Günel
Vüqar qızı tələbə qəbulu zamanı 630 bal toplayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev
adına Akademiyasına daxil olmuşdur. Digər məzun İbrahimova Arzu Vəli
qızı isə 605 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Məktəbdə şagirdlərə hərbi vətənpərvərlik ruhu çox yaxşı təbliğ olunduğundan məktəbin məzunları hər il
Respubilkanın Ali Hərbi Məktəblərinə daxil olurlar. Məktəbin məzunlarından Vəkilov
İsmət Səxavət oğlu, Vəkilov Nemət Səxavət oğlu və Rüstəmov Ramazan Muxtar oğlu
qol güləşi üzrə, Xaşalov Əfqan Kamil oğlu sərbəst güləş idman növü üzrə 2018-ci
ildə beynəlxalq və yerli yarışlarda layiqli qələbələr əldə etmişlər. Məktəbin
şagirdlərinin və gənc idmançıların təhsildə və idmanda qazandığı nailiyyətlərdə
məktəbin maddi-texniki bazasının güclü olması böyük təsir etmişdir. Bir neçə il bundan əvvəl kənddə fəaliyyət göstərən
köhnə və müasir tələblərə cavab verməyən poçt və telefon stansiyası olan
obyektlərimiz yenisi ilə əvəzləndi, müasir standartlara cavab verən texnologiya
ilə təchiz edildi. Xalqın xidmətində duran bu obyektlərdə xalqa xidmət səviyyəsi
yüksələrək təkliflər tələbləri üstələdi. Günü-gündən böyüyən Yuxarı Salahlı kənd
əhalisinin istifadəsinə əlavə olaraq 110 telefon nömrəsinin verilməsinə ehtiyac vardır. Məlumat üçün
bildirirəm ki, bu günə kənddəki elektron ATS-də 575 ədəd telefon nömrələri yüksək
səviyyədə xalqın istifadəsindədir. Hesabat məruzəsi ətrafında çıxış edən kənd sakinlərindən
- təqaüddə olan müəllimlərdən Məhəmməd Vəkilov, Həsən Həsənov, Yuxarı Salahlı kənd
tam orta məktəbin direktoru Məhəmməd Qocayev, ağsaqqallardan Osman Mustafayev, Eldar
Kəlayev, Yuxarı Salahlı kənd həkim məntəqəsinin müdiri Şəadət Əliyev, Səməd
Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova, "Umud” SİB-in icraçı
direktoru Mikayıl Umudlu, kənd sakini Xanlar Eyyubov, kənd bələdiyyəsinin sədri
Şahismayıl Məmmədov və başqaları çıxış edərək rayonumuzda, eləcə də Yuxarı
Salahlı kəndində son vaxtlar həyata keçirilmiş geniş tikinti-abadlıq işlərinə
görə ölkə prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki,
bu gün biz sakinlər sevinirik ki, göstərilən qayğı hərtərəflidir. İstər ölkə
başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən bizlərə bu cür qayğı göstərilir.
Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili son iki il
yarımdır ki, Qazaxda həmişə ön planda tutulur. 2018-ci ilin ölkəmiz və rayonumuz üçün daha məhsuldar
bir il olduğunu qeyd edən sakinlər qarşıda duran vəzifələrdən də danışıblar. Öz
təklif və tövsiyələrini çatdırıblar. Sakinlər kənddə 1950-ci illərdə çəkilmiş və
hazırda çürüyərək insan həyatı üçün təhlükə mənbəyi olan kəndarası ağac elektirik
dirəklərinin beton dirəklərlə dəyişdirilməsi, kəndin mərkəzindən keçən sel
ötürücü kanalın əsaslı təmir edilməsi, "Vaqif” düzənliyinə su nasos
stansiyasından yeni xəttin çəkilməsi, təsərrüfat arxlarının beton üzlüklərə
alınması, yeni körpələr evi-uşaq bağçasının tikilməsi, kənd daxilində məişət
tullantılarının atılması üçün zibil qutularının qoyulması və s. bağlı istəklərini
qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Musayev çıxış edərək iştirakçıları salamlayıb, yeni ildə daha böyük uğur
və nailiyyətlər qazanmalarını arzulayıb. Bildirib ki, 2018-ci il Azərbaycan
dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi,
daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə
iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng
transmilli enerji və nəqliyyat lahiyələrinin reallaşdırılması davam etdirilmiş,
əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində
Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər
minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya
bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə
baxmayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2018-ci ildə qarşıya
qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın respublikamızın hər yerində olduğu
kimi, Qazax rayonunda da uğurla həyata keçirildiyini bildirən müavin son iki il
yarım ərzində rayonda görülən işlərdən də söz açıb. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsini,
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda İkinci
Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma
işləri aparılan Aqroparkı, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunu, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasını 2018-ci ilin uğuru kimi
qiymətləndirib. Rayonda iş
yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan
T.Musayev başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin çəkilməsini,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu”
fərdi mebel firması tərəfindən yeni tikiləcək fabriki görülən işlərin bariz
nümunəsi kimi dəyərləndirib. T.Musayev
son illər Qazaxda azyaşlı
körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib
ki, bu gün tam əminliklə deyə bilərik ki,
rayon üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə
çatdırılıb. Hazırda şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq
bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edərək bu gün rayonda
daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli,
Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir
olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14
yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Yuxarı Salahlı kəndidir.
Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi
tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını
bildirib. Sakinlər
tərəfindən qaldırılan digər məsələlər barədə fikirlərini bildirən müavin hər
bir məsələyə diqqətlə baxılacağını bildirib. 2019-cu ildə respublikamızda,
eləcə də rayonumuzda daha böyük beynəlxalq layihələrin, iqtisadiyyat və kənd təsərrüfatı
ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş