• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Son iki il yarımdır ki, Qazax rayonunda ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, vətəndaşlara göstərilən xidmət sahəsi də rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən əhali ilə sıx ünsiyyətdə olması, vətəndaşları fərdi şəkildə qəbul etməsi, problem və qayğıları ilə maraqlanması rayonda vətəndaş amilinin hər zaman ön planda olmasından xəbər verir.

İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Ağköynək kənd sakini İsmayılova Zibarə Mustafa qızının işlə təmin olunması barədə müraciətini dinləyən icra başçısı vətəndaşa xalça müəssisəsində işləməsini təklif edib. Məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə yaşayan Barxudarlı kənd sakini İsayeva Minayə Əsgər qızı isə bağçadakı işinin dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirib. Vətəndaşın istəyini nəzərə alan rayon rəhbəri qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.


GOYEZEN.AZ



Facebook-da paylaş