Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün böyük tikinti meydançasını xatırladan,
gündən-günə inkişaf edən Qazax rayonunda ölkə başçısının tapşırıq və tövsiyələrinə
uyğun olaraq bütün sahələrə diqqət və qayğı göstərilir. Son iki il yarımdır ki,
rayonda vətəndaşlara göstərilən xidmət sahəsi də rayon rəhbərliyinin daim diqqət
mərkəzində saxladığı sahələrdən biridir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olması, vətəndaşları
fərdi şəkildə qəbul etməsi, problem və qayğıları ilə maraqlanması rayonda
vətəndaş amilinin hər zaman ön planda olması deməkdir.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə
qəbul edib, müraciətlərini dinləyib.
Çaylı kənd sakini, I qrup əlil Kosayev Ramiz Cavanşir oğlunun tikinti
materialları ilə təmin olunması barədə müraciətini diqqətlə dinləyən rayon
rəhbəri vətəndaşın istəyi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Dəmirçilər kənd sakini Osmanova Gülnar Hidayət qızı qızının müalicə
olunmasına, alimentin ödənilməsinə və işlə təmin olunmasına köməklik
göstərilməsini xahiş edib. Vətəndaşa qızının xəstəliyi və alimentlə bağlı
aidiyyəti üzrə müraciət etməsi bildirilib. İşlə bağlı istəyinə cavab olaraq
ixtisasına uyğun imtahan verməsi tövsiyə olunub.
Canalı kənd sakini Xəlilov Fərmayıl Qədim oğlu müraciətində səhhətində
yaranmış xəstəliyi ilə əlaqədar sosial müavinətlə təmin olunmasına köməklik
göstərilməsini qeyd edib. Vətəndaşa sənədlərini təqdim edərək aidiyyəti üzrə
müraciət etməsi bildirilib.
Qazaxbəyli kənd sakinləri də kollektiv olaraq müraciət ediblər.
Vətəndaşların həyətyanı torpaq məsələsi ilə bağlı müraciətlərini dinləyən icra
başçısı qaldırılan məsələyə baxılacağını bildirib.
Şəhər sakinləri İsmayılova Hürü Tapdıq qızının, Musayeva Xəyalə Müqabil
qızının, Aşağı Əskipara kənd sakini Nəbiyev İslam Mamoy oğlunun, Daş Salahlı
kənd sakini Veyisova Afət Cavad qızının, Qarapapaq kənd sakini Rəhimov Gündüz
Səməd oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş