Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Son iki il yarımda Qazaxda ölkə başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, vətəndaşlara göstərilən
xidmət sahəsi də daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən
əhali ilə sıx ünsiyyətdə olur, onları fərdi şəkildə qəbul edir, problem və
qayğıları ilə maraqlanır. Bütün bunlar isə rayonda vətəndaş amilinin ön plana
çəkilməsindən xəbər verir.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi
şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər sakini, I qrup Qarabağ müharibəsi əlili Vəliyev Qərib Kərəm oğlu
sahibkarlıq üçün torpaq sahəsinin ayrılması barədə müraciət edib. Vətəndaşa aidiyyəti
üzrə müraciət etməsi bildirilib.
Şəhər sakini Nəsibova Afət Vilayət qızının, Daş Salahlı kənd sakini Heydərova
Asya Mustafa qızının, Hüseynbəyli kənd sakini Həsənov Elnur Maksim oğlunun
mənzillə təmin olunmalarına köməklik edilməsi ilə bağlı müraciətlərini dinləyən
rayon rəhbəri boş yer yaranan zaman
baxılacağını bildirib.
Bala Çaylı kənd sakini Əhmədova Sevinc Şofiq qızı, Çaylı kənd sakini
Rzayeva Şirinnaz Mirzə qızı işlə təmin olunmaları üçün müraciət etdiklərini
bildiriblər. Vətəndaşları diqqətlə dinləyən icra başçısı tərəfindən müvafiq
işlər təklif olunub və aidiyyəti üzrə tapşırıq verilib.
Şəhər sakinləri Nəbiyeva Elza Talıb qızının, Həsənov Cəfər Mədət oğlunun, Aşağı
Salahlı kənd sakini Həsənov Məmməd İbrahim oğlunun, İkinci Şıxlı kənd sakini
Məhəmmədova Flora Məhəmməd qızının, Çaylı kənd sakini, II qrup Qarabağ
müharibəsi əlili Xasməmmədov Namiq Yolçu oğlunun müxtəlif səpkili müraciətləri
də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş