Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb. Məhz bunun nəticəsidir ki, hər bir vətəndaş yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Ona görə də vətəndaşlar ürəklə onları narahat edən məsələləri icra aparatına bildirirlər.
Rayon rəhbəri bu gün qəbul zamanı müraciət etmiş Omarova Samirə Səhrab qızının istəyini nəzərə alaraq onun yaşadığı Bala Çaylı kəndində olub və baxış keçirib. Vətəndaşı narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş